Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4848/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 22 sentyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N. Nərimanov küçəsi, ev 80 ünvanının qarşısında küçədə X2 nalayiq ifadələrlə söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X6 tərtib etdiyi MN seriyalı ******* nömrəli 10 oktyabr 2023-cü il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 22 sentyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N. Nərimanov küçəsi, ev 80 ünvanının qarşısında küçədə nalayiq ifadələrlə söyüb təhqir edərək xırda xuliqanlıq etmiş, bu səbəbdən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib etmişdir. O, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilir. O, hadisə zamanı içkili olduğu üçün zərərçəkmiş şəxs X1 ünvanına nalayiq ifadələr işlətdiyini, buna görə də zərərçəkmişdən üzr istədiyini və barışdığını izahatına əlavə etdi. Sonda isə törətdiyi əmələ görə peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N. Nərimanov küçəsi, ev 80 ünvanına gəlin köçmüşdür. Sonradan həyat yoldaşı Vahid onlar üçün ayrı ev almış və həmin ünvandan köçmüşlər. Lakin cehizlik əşyaları həmin qaynanası yaşayan mənzildə qalmışdır. 15 sentyabr 2023-cü il tarixdə qaynanası dünyasını dəyişdikdən sonra əşyaları yeni aldığı soyuducu və plazma televizor ilə birgə götürmək üçün qaynı Vaqifgilə gedib. xx.xx.2023-cü il tarixdə həmin ünvanda olduğu zaman qaynı Vaqif onun ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir edib. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında həmçinin onu da qeyd etdi ki, qaynı Vaqifə onlara bugünə qədər heç bir pislik etmədiyini deyəndə Vaqif onu yenidən təhqir edib. Sonda isə məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını qeyd edərək onun barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 10 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol ilə, Şəxs iş materiallarında olan izahatı, məhkəmə iclasında verdiyi ifadəsi ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4848/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4848/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver