Məhkəmə qərarları › İş №3(010)-487/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-487/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-487/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, işləməyən, ailəli, ünvan 1 mənzil 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxx 2012-ci ildə verilmiş xx xxxxx 2012-ci il tarixli 2(010)- 1057/2012 nömrəli icra vərəqəsinə əsasən əsas borc olaraq 5000 manat, faiz borcu olaraq 6053,08 manat, dəbbə pulu olaraq 50 manat, cəmi 11103,08 manat məbləğində pul və 20 manat məbləğində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq pul Şəxs “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx.xx.2012-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir.xx.xx.2012-ci il tarixdə borclu Şəxs şöbəyə gələrək izahatı alınmış, qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilmişdir. İcra sənədi üzrə tələb könüllü ödənilmədiyindən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasna dair təqdimatla Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş, Məhkəmənin 8(010)-810/2012 nömrəli xx.xx.2012-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Daha sonra borclunun məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət edilmiş, Məhkəmənin 8(010)-806/2012 nömrəli xx.xx.2012-ci il tarixli qərardadı ilə borclunun məcburi gətirilməsinə dair təqdimat təmin edilmişdir. İcra sənədi üzrə borclu qeydiyyatda olduğu ünvanda yaşamadığından barəsində axtarış qərarı qəbul edilərək Suraxanı Rayon Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədində göstərilən borcu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini icra etmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Əməlindən peşmandır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, borclu icra sənədinin verildiyi vaxtdan 08 il 11 aydan çox vaxt keçdiyinə baxmayaraq, tələbkara heç bir ödəniş edib. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq hissi keçirməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar