Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4882/2023 16.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru X3, Şəxs – xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Hüseyn-X1 rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində xx.xx.2023cü il tarixində narkotik vasitəsindən istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru X9 məhkəmədə protokola uyğun izahat verərək, inzibati xəta törətmiş şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında ara-sıra narkotik vasitələrindən istifadə etdiyini, 10 və yaxud 20 manat məbləğində olan narkotik vasitələri əldə edərək istifadə etdiyini, hər gün istifadə etməyini, axırıncı dəfə oktyabr ayının 13-də qəbul etdiyini, lakin tutulduğu gün narkotik vasitəsi qəbul etmədiyini, belə ki, marketə girərkən onu saxladıqlarını, zorla və fiziki güc tətbiq etməklə polis avtomobilinə əyləşdirdiklərini, narkoloji rəy alınması üçün onu analiz verməyə apardıqlarını, oradan da polis bölməsinə apardıqlarını bildirərək, himayəsində yetkinlik yaşına çatmayan 1 uşağının olmasının nəzərə alınaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X4 izahatında 15 oktyabr 2023-cü il tarixində o inzibai xəta törətmiş şəxsin vəkili təyin olunmuş, onunla görüşüb, söhbət etdikdən sonra ona bildirdi ki, 14 oktyabr 2023-cü il tarixində saxlanılmış, ona çoxsaylı fiziki zorakılıq və təzyiqlərə məruz qalmış, həmçinin şəxsin evinə qanunsuz olaraq girərək, 20 qram narkotik vasitəsi və elektron tərəzi tapılmış, şəxsin şübhəli şəxs kimi tutulması barədə protokolu tələb etsə də polis bölməsi bu barədə protokolu verə bilməyəcəklərini, bu qanunsuzluqla bağlı Baş prokurorluğa, Din-in 102 zəng mərkəzinə məumat vermiş, son olaraq Suraxanı rayon prokurorunun böyük köməkçisi Fizuli Əliyevin qəbulunda olmuş, həmin iş nəzarətə götürülmüşdür. Sonuncu dəfə bugün saat 17:00-da inzibati protokol tərtib edilmiş şəxslə görüşmək istədikdə ona icazə vermədiklərini, protokolun birbaşa olaraq qərəzli tərtib edildiyini, həmçinin həmin protokolun fiziki zorakılıq və təyziqlərlə tərtib edildiyini bildirərək, protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati-təsir tədbirləri görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə aidiyyəti əməkdaşa həvalə edilməsi və qəbul edilmiş qərar barədə maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X11 - X6 16.0.2023-cü il tarixli 6552 nömrəli ekspert rəyinə əsasən vətəndaş Şəxs OPİOİDLƏRİN və psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”-də narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş və 2918 nömrəli rəyin nəticəsinə əsasən narkotik vasitə istifadə etdiyi müəyyən olunmuşdur. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 02:50-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4882/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4882/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver