Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-490/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Şəxs iştirak ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 21 yanvar 2025-ci il tarixli protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:00-da idarə etdiyi “Opel Astra” minik markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. X1 əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı Suad Həmzəyev tərəfindən 13 iyun 2024-cü il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 03 iyun 2024-cü il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz istiqamətindən Hava Limanı istiqamətinə yol eninin sağ hərəkət hissəsində saatda 90 km sürətlə hərəkət etdiyi zaman ara məsafə saxlamadığı üçün idarə etdiyi avvtomobil dayanmış vəziyyətdə “Ford” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində xəsarət almışdır. O, xəsarət aldığı üçün X7 müraciət etmişdir. Orada müayinə olunduqdan sonra ET Travmotologiya və Ortopediya İnstitutuna müraciət etmişdir. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava tutqun, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Sonda o, zərərçəkmiş şəxs X3 ona qarşı heç bir şikayətinin olmamasını, idarə etdiyi avtomobillə ailəsini dolandırdığını və yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 03 iyun 2024-cü il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz istiqamətindən Hava Limanı istiqamətinə yol eninin sağ hərəkət hissəsində saatda 90 km sürətlə hərəkət etdiyi zaman ara məsafə saxlamadığı üçün idarə etdiyi avtomobil dayanmış vəziyyətdə “Ford Fusion” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində “Opel” markalı avtomobildə sərnişin qismində olan X4 yüngül dərəcəli, “Opel’' markalı sürücüsü Şəxs isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Şəxs əməlində cinayət tərkini olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 iyun 2024-cü il tarixli 410 saylı rəyində göstərilmişdir ki, X2 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: başın alın-təpə nahiyəsinin geniş əzilmiş yarası. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan zərərçəkmiş şəxs X5 tərəfindən Bakı şəhəri 23 saylı notariat ofisinə verilmiş 17 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmiş olduğunu, ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığını bildirmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 03 iyun 2024-cü il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mərkəz istiqamətindən Hava Limanı istiqamətinə yol eninin sağ hərəkət hissəsində saatda 90 km sürətlə hərəkət etdiyi zaman ara məsafə saxlamadığı üçün idarə etdiyi avtomobil dayanmış vəziyyətdə “Ford Fusion” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində “Opel” markalı avtomobildə sərnişin qismində olan X4 yüngül dərəcəli, “Opel’' markalı sürücüsü Şəxs isə az ağır dərəcəli bədən xəsarəti almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbinin olmamasını məsuliyyətini yüngüllşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-490/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-490/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver