Məhkəmə qərarları › İş №3(010)-491/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-491/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-491/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 03 avqust 1978-ci il tarixdə Bakı şəhərində ünvanında anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, baxaraq, MÜƏYYƏN ETDİM: 29 mart 2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 12 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 12 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 19 yanvar 2022-ci il tarixdə saat 18:14 radələrində “Toyoto Land-Cruiser-Prado” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs tərəfindən müvafiq icazə olmadan xüsusi səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsi faktı aşkar edilmişdir. Buna görə də Bakı şəhər X7 İdarəsinin yol patrul xidməti baş inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 12 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 3 (010)-491/2022 saylı qərarı ilə Şəxs barəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X8 İdarəsi şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 3(010)-491/2022 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş protokol qanuni və əsaslı olduğundan sürücü barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(010)-1345/2022 tarixli, 26 may 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 3(010)- 491/2022 saylı qərarı ləğv edilməklə, inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİ-nin X8 İdarəsi tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, birinci olaraq məhkəmə qeyd edir ki, səlahiyyətli dövlət orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, təqsiri sübut etmək vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş dövlət orqanının üzərinə düşür. Digər tərəfdən birinci instansiya məhkəməsi hüquq normalarını sadalamaqla və ümumi sözlərdən istifadə edərək inzibati xəta haqqında protokol üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iş üzrə icraata xitam vermişdir. Halbuki təqdim edilmiş sübutlara heç bir hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə araşdırma aparmadan, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsindən kənarda kim tərəfindən idarə edib gətirilməsini, nəqliyyat vasitəsinin dayandığı ünvanın hansı ərazi olduğunu və qeyd olunan əraziyə sürücünün 11 yaşlı oğlu tərəfindən necə idarə olunaraq gəldiyini, sayrışan işığın 11 yaşlı uşaq tərəfindən ’avtomaşına quraşdıra bilib-bilməyəcəyini araşdırmamış, həmin ərazidə yaşayan şəxslərdən inzibati xəta hadisəsini görə biləcək şəxsləri müəyyən edib, onların izahatlarını almadan əsassız qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin yuxarıda sadalanan bu halları birinci instansiya məhkəməsinin hakimi tərəfindən tam və hərtərəfli araşdırılmamış, onlara obyektiv hüquqi qiymət verilmədən qərar qəbul edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və məhkəmənin iclasının vaxtı və yeri barədə tərflərə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşı tərəfindən onun barəsində tərtib etmiş protokol tərtib edilsə də, qeyd olunan protokol əsassız olaraq, əməlindən inzitai xətanın tərkibinin əlamətləri olmadığı halda tərtib edilmiş, polis əməkdaşı tərəfindən işin faktiki halları tam araşdırılmamışdır və bununla əlaqədar o həmin protokolla razı deyildir. Belə ki, etibarnamə əsasında idarə etdiyi “Toyoto Land-Cruiser-Prado” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən evinin həyətində saxlamış, həmişəki kimi maşını saxladıldıqdan sonra maşını yüduzdurmağa öz 11 yaşlı oğluna vermiş, adətə həyətdə maşını öz dostu ilə təmizləyir, o, evə qalxandan sonra, uşaqlar ondan xəbərsiz “Toyota Land-Cruiser-Prado” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Tik-tok” sosial şəbəkəsində yayımlanmış videogörüntüdə olan işıqları quraşdıraraq öz hesabından sosial şəbəkədə paylaşmış, sonrada həmin işıqları çıxartmışlar. Bununla bağlı o, Bakı şəhər X7 İdarəsinə dəvət olunmuş, və hadisədən orada xəbərdar olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs xx.xx.2022-ci il və xx.xx.20922-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirmişdir ki, Şəxs üst qonşusudur, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyi 20 illiyi küçəsi, 12 saylı binanın, 23 saylı mənzilində yaşayır, hadisə olduğu vaxt həyətdə olmuş, həmin an öz qarajının yanında olmuş, Şəxs maşını, o cümlədən “Toyota Land- Cruiser-Prado” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyi 20 illiyi küçəsi, 23 saylı evin həyətində saxlamış, 11 yaşında oğlu və onun qardaşları maşını yumağa başlamış, sonradan 11 yaşında oğlu maşına işıqları quraşdırmış və telefona video çəkmişdir. Həmin an maşını heç kəs idarə etməmiş, maşın həyətdə saxlanılmış vəziyyətdə idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyi 20 illiyi küçəsi, 12 saylı binanın 19 saylı mənzilində yaşayır, atası Şəxs hadisə günü “Toyota Land-Cruiser-Prado” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi (köhnə Kalinin) 12 saylı binanın həyətində saxlamış, özü evə qalxmış, maşını yumağa qardaşlarına vermiş, o onların yanında durmuş, 11 yaşında qardaşı hardansa həmin işıqları gətirmiş, maşını “zajiqalka” yerinə quraşdırmış, “Tik-tok” sosial şəbəkəsində paylaşmaq üçün video çəkmiş, sonradan həmin işıqları çıxartmışdır. Həmin an maşını heç kəs idarə etməmiş, maşın yaşadıqları evin həyətində idi. Həmin hadisəni qonşuları İzafəddin Süleymanov da görmüşdür. İş materiallarından müəyyən olunur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair onun barəsində 12 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs bir daha övladı tərəfindən avtomobilinə sayrışan işığın quraşdırılmasına yol verməyəcəyini qeyd etmişdir. Şəxs məhkəmə iclasında təqdim etdiyi İ-12880 nömrəli Medalın vəsiqəsinin surətindən görünür ki, Şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Şəxs məhkəmə iclasında təqdim etdiyi İ-8348 nömrəli Medalın vəsiqəsinin surətindən görünür ki, Şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Şəxs məhkəmə iclasında verdiyi izahatında 11 yaşlı övladının nəzarətsiz qalmasından istifadə edərək, ondan xəbərsiz “Toyoto Land-Cruiser-Prado” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sayrışan işıq quraşdıraraq sosial şəbəkədə paylaşmasına baxmayaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 12 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etdiyini göstərmişdir. Lakin məhkəmə 12 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Apellyasiya instansiyası məkəməsinin qərarında göstərilən xüsusatların araşdırılmasına dair göstərişləri rəhbər tutaraq, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, inzibati xəta haqqında materiallarını nəzərə alaraq, məhkəmə qeyd edən məsələləri araşdırımış və araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə günü Şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyi 20 illiyi küçəsi, 23 saylı evin həyətində idarə etdiyi “Toyota Land-Cruiser-Prado” minik markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, maşını yumağa yetkinlik yaşına çatmayan 11 yaşlı oğluna vermiş, özü evə qalxdıqdan sonra, uşağı protokolda qeyd olunan işıqları maşının “zajiqalka” yerinə quraşdırmış, telefona video çəkmiş, “Tik-tok” adlanan sosial şəbəkəsində özünün adına açılmış profildən paylaşmış, həmin video çəkiləndən sonra işıqları çıxartmışdır. Həmin an qeyd olunan avtomobil hərəkətdə deyildir, hər hansı şəxs tərəfindən idarə olunmamışdır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, inzibati protokolu tərtib edən şəxs ilk olaraq inzibati xətanın olub-olmamasını, inzibati xətanın kim tərəfindən törədildiyini, hansı şəraitdə, vaxtda, yerində törədildiyini, törədilməsi ehtimal olunan şəxsin təqsirli olubolmadığını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi faktiki məlumatlar, yəni iş üzrə sübutların mövcud olub-olmadığını araşdırmalı, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli və yalnız iş üzrə əldə edilmiş mötəbər və təkzib edilməz sübutlara əsaslanaraq inzibati xəta törədən şəxsin təqsirini müəyyən etdiyi təqdirdə inzibati tənbeh vermə haqında protokol qəbul etməli olduğu halda, qeyd edilənlərə əməl etmədən Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmişdir. Göründüyü kimi Şəxsnın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud olmadığına baxmayaraq, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə və əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar