Məhkəmə qərarları › İş №3(010)-4933/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4933/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4933/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Musayeva Aysel Xaliddin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1993-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, satış meneceri olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-16(010)- 218/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərardadına dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-16(010)-218/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi X4 övladı - xx.xx.2021-ci il təvəllüdlü X5 ilə 1 ay müddətində hər həftənin şənbə və bazar günü saat 10:00- dan saat 16:00-a kimi cavabdeh Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilməsi və X2 övladı xx.xx.2021-ci il təvəllüdlü X5 ilə görüşünə cavabdeh Şəxs tərəfindən hər hansı maneənin yaradılması qadağan edilməsi qərara alınmışdır. Borclu qərardadın icrası ilə bağlı göstərişləri yerinə yetirmir. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında 1 azyaşlı qızının olduğunu, onun xəbəri olmadan qərardad qəbul edildiyini, uşaqla bağlı görüşə icazə verdiyini, lakin onun iştirakı olmadan icazə verilməsinə etiraz etdiyin, hazırda həmin qərardadda şikayət etdiyini bildirərək, barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-16(010)- 218/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçi X4 övladı - xx.xx.2021-ci il təvəllüdlü X5 ilə 1 ay müddətində hər həftənin şənbə və bazar günü saat 10:00- dan saat 16:00-a kimi cavabdeh Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilməsi və X2 övladı xx.xx.2021-ci il təvəllüdlü X5 ilə görüşünə cavabdeh Şəxs tərəfindən hər hansı maneənin yaradılması qadağan edilməsi qərara alınmışdır. 18 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2 e-16(010)-218/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərardadına dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında təqdim etdiyi qərardaddan şikayətə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-16(010)-218/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, borclu Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-16(010)-218/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərardadından Şəxs tərəfindən verilmiş şikayətlə əlaqədar olaraq, həmin e-16(010)-218/2023-cü il saylı iş xx.xx.2023-cü il tarixində Suraxanı Rayon Məhkəməsi tərəfindən qərardaddan verilmiş olan şikayət rədd edilərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla da məhkəmə hesab edir ki, həmin qərardad qanuni qüvvəsini almamış və borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar