Məhkəmə qərarları › İş №3(010)-494/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-494/2021

30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-494/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3, X1nın iştirakı ilə xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, «Şərq» massivində nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2019-ci ildə verilmiş xx xxxxxxx 2019-cu tarixli 2(010)- 3601/2019 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 8000 manat məbləğində pul vəsaiti X1nın xeyrinə tutulmalıdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi icraatına xx xxxxxx 2019-cu il tarixdə daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılaraq tərəflərə qərar və bildiriş göndərilmişdir. Tələb könüllü icra müddəti ərzində icra edilmədiyindən borclu barəsində sorğular verilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. xx xxxxxx 2019-cu ildə borclu Şəxs icra şöbəsinə gəlmiş, izahatında fərdi əməklə məşğul olduğunu göstərmişdir. Bundan əlavə borclu verdiyi izahatında və iltizamında hər ay 300 AZN pul ödəyəcəyini göstərmişdir. Borclu ilə dəfələrlə telefon bağlantısı yaradılıb pul vəsaiti tələb olunduqda, icra şöbəsinə gəlməsi tələb olunduqda tələbkarla qarşılıqlı razılğa gələcəyi barədə vədlər verərək şöbəyə gəlməmişdir. İcra sənədi üzrə icraat zamanı borclu 8.000 manat borc pulu verməli olduğu halda halhazıradək cəmi 600 manat pul ödəmişdir. Bu günə icra sənədi üzrə borclu Şəxs 7.400 manat ödənilməmiş borcu vardır. Borclu təyin olunmuş borcu heç bir yerdə işləməməsi səbəbindən ödəmədiyini bildirmişdir. Lakin hissə-hissə poçt vasitsilə vaxtaşırı ödənişlər etdiyini bildirmişdir. Lakin bunu subut edə biləcək qəbz təqdim etməmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, əslində Şəxs borcu ödəməsi üçün kifayət qədər maddi imkana malikdir, borc məbləğini ödəməməsi isə məhkəmə qərarının icrasından yayınmaq məqsədi güdür. Bildirir ki, borclu ona müxtəlif vaxtlarda ümumilikdə 1.100 manat miqdarında ödəniş edib. Qalan 6.900 manat borcunu isə ödəməkdən yayınır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən edilmiş tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixindən saat 19.15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar