Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4974/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarını müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəməmişdir. Bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “HYUNDAİ TUCSON MİNİK” markalı, **-DQ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Azadlıq prospekti ərazisində 3.1 “giriş qadağandır” yol nişanının tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3145/2024 nömrəli qərarı ilə (hakim Nərminə Rzayeva) Şəxs şikayəti təmin olunmuş və Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsinin 23 may 2024-cü il tarixli, İXP6276230 nömrəli protokol əsasında TP ******* nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Buna görə də Azərbaycan Respublikası DİN-nin Binəqədi rayon X1 Şöbəsinin 23 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarının əsasında 09 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli protokolu əsasında başlanmış işə əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri, həmçinin Şəxs vəsatətini araşdırıb, sübutları nəzərdən keçirib bu nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından həmin iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə özünə məxsus olan “HYUNDAİ TUCSON MİNİK” markalı, **-DQ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Azadlıq prospekti ərazisində 3.1 “giriş qadağandır” yol nişanının tələblərinin pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3145/2024 nömrəli qərarı ilə Şəxs şikayəti təmin olunmuş və Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsinin 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Buna görə də Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, həmin qərar əsasında 09 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 may 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs, 23 may 2024-cü il tarixdə, özünə məxsus olan “HYUNDAİ TUCSON MİNİK” markalı, **-DQ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Azadlıq prospekti ərazisində 3.1 “giriş qadağandır” yol nişanının tələblərinin pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 80 manat məbləğində cərimə olunmuşdur. Materialdan görünür ki, Şəxs 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Bu səbəbdən də Şəxs barəsində Binəqədi rayon X1 Şöbəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3145/2024 nömrəli qərarı ilə Şəxs şikayəti təmin olunmuş və Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsinin 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmiş, həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər . İXM-nin 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. İXM-nin 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. İXM-nin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130, 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-4974/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4974/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver