Məhkəmə qərarları › İş №3(010)-4988/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4988/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4988/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında aparılan araşdırma nəticəsində Şəxs qeydiyyatsız üzmə vasitəsi ilə xx.xx.2024-cü il tarixdə təyin olunmamış vaxtda icazəsiz rejim sularına çıxaraq inzibati xəta törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, küləklə əlaqədar olaraq, yaxuda da axşamçağı balıq rast gəldiyi üçün ehtiyacdan yubanma olmuşdur. Həmin gün cəmi yarım saat gecikmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 18 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan və iş materiallarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə təyin olunmamış vaxtda icazəsiz rejim sularına çıxaraq inzibati xəta törətmişdir. Raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində “Bakı” sahil nəzarəti şöbəsinin Qum adası TMM-si tərəfindən 17-ci SNB-nin 41-ci yanalma körpüsü istiqamətində 1 (bir) ədəd kiçik həcmli üzmə vasitəsinin rejim sularına çıxışı müşahidə olunmuş və 17-cı SNB-nə məlumat verilmişdir. Məlumat əsasında sərhəd naryadının başçısı 17-ci SNB-nin rəisi 3-cü dərəcəli kapitan X2, üzvü nəzarətçi miçman X3 ilə birlikdə 41-ci yanalma körpüsü istiqamətində “ƏBQ” sərhəd naryadı xidməti təşkil olunmuşdur. Saat 05:30 radələrində 1 (bir) nəfər heyət üzvü olan üzmə vasitəsi 42-ci yanalma körpüsündən təxminən 400 metr sağ cinaha yan alarkən SN-rı tərəfindən saxlanılmış və üzmə vasitəsinə baxış keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, bort nömrəsiz, mühərriksiz taxta tipli qayıqda xx.xx.1978-ci ıl təvəllüdlü Bakı şəhər Suraxanı rayon, Hövsan qəsəbə sakini Şəxsdur. Vətəndaşa su sərhəd rejim qaydalarını pozaraq icazəsiz təyin olunmayan vaxtda rejim sularına çıxdığına görə qanunla müəyyən olunmuş qaydaları pozduğu izah olunmuş və saat 05:00-da 17 SNB-nə dəvət olunmuşdur. 33 №-li akta əsasən qeydiyyatsız, bort nömrəsiz, mühərriksiz, taxta tipli üzmə vasitəsi ərazidən götürülərək müvəqqəti saxlanılması üçün 17-ci SNB-nə gətirilmişdir. Belə ki, su sərhədboyu rejimin qaydalarını pozduğuna görə saxlanılaraq saat 06:25-də inzibati qaydada sənədləşdirilmişdir. DSX SM Bakı Sahil Nəzarəti Şöbənin 17-ci SNB-nin nəzarətçisi X1 izahatından görünür ki, 18 sentyabr 2024-cü il tarixdə saat 01:30-da Bakı Sahil Nəzarəti Şöbəsinin Qum adası TMM-si tərəfindən 17-ci sahil nəzarəti bölməsinin 41-ci yanalama körpüsü ərazisində 1 (bir) ədəd kiçik həcimli üzmə vasitəsinin hərəkət etməsi müşahidə olunmuş və 17-ci SNB-nə məlumat verilmişdir. Məlumat əsasında sərhəd naryadının başçısı 17-ci SNB-nin rəisi 3-cü dərəcəli kapitan X2 üzvü mən 41-ci yanalma körpüsü istiqamətində “ƏBQ” SN-dı xidməti təşkil edilmişdir. Saat 05:30 radələrində 1 (bir) nəfər heyət üzvü olan üzmə vasitəsi 42-ci yanalma körpüsündən təxminən 400 metr sağ cinaha yan alarkən tərəfindən saxlanılmış və üzmə vasitəsinə yoxlama baxışı keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, bort nömrəsiz, mühərriksiz taxta tipli qayıqda xx.xx.1978-ci il təvəllüdlü Bakı şəhər Suraxanı rayon, Hövsan qəsəbə sakini Şəxsdur. Vətəndaş Şəxs su sərhəd rejim qaydalarını pozaraq qeydiyyatsız üzmə vasitəsilə təyin olunmayan vaxtda rejim sularına çıxdığına görə qanunla müəyyən olunmuş qaydaları pozduğu izah olunmuş və saat 05:00-də 17-ci SNB-nə dəvət olunmuşdur. 33 №-li akta əsasən qeydiyyatsız, bort nömrəsiz, mühərriksiz, taxta tipli üzmə vasitəsi ərazidən götürülərək müvəqqəti saxlanılması üçün 17-ci SNB-nə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi olaraq etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 571-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar