Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4991/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Füzuli rayonu, Əbdürrəhmanlı Ərazi Dairəsi, Yuxarı Əbdürrəhmanlı kəndində ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 25 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(103)-101/2019 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahatında Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(103)-101/2019 saylı icra sənədi üzrə 400 manat pulun tələbkara ödənilməsi barədə qəbz təqdim edərək, o, məhkəmədən inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(103)-101/2019 saylı icra sənədinə əsasən iş üzrə boclu X2 cəmi 7096 manat tutularaq Şəxs xeyrinə tutulmalıdır. Sözügedən icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlanılaraq iş üzrə borcluya təqdim edilmişdir. Daha sonra borclu müvafiq tarixlərdə İcra şöbəsinə dəvət olunmuş və ondan izahat alınmışdır. O, izahatında anasının ankoloji xəstə olduğunu, özünün böyrəklərinin xəstə olduğunu, özünün və anasının müalicəsini güclə qarşıladığını bildirmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(103)-101/2019 saylı icra sənədinə əsasən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5294/2018 saylı iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilk iddiaya aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılması, ilk iddia üzrə cavabdeh Şəxs iddiaçılar X7 və X4 xeyrinə 2014- 2017-ci illərdə müxtəlif dövlət orqanlarına göndərilmiş məktublar və teleqramlar üçün ödənilmiş 194,58 manat poçt xərci, ibtidai istintaq və məhkəmə baxışı zamanı, eyni zamanda hazırki mülki işlə əlaqədar vəkil xidmətlərinə görə ödənilmiş 700 manat pul vəsaiti, iddiaçı Kərimova Nərgiz iiqar qızının müayinə və müalicəsi ilə əlaqədar sərf olunmuş 474,07 manat pul vəsaiti və X3 müayinə və müalicəsi əlaqədar sərf olunmuş 727,42 çanat pul vəsaiti, cəmi 2.096,07 manat maddi və 5.000,0 manat mənəvi zərər olmaqla, cəmi 7.096,07 (yeddi min doxsan altı manat yeddi qəpik) manat pul tutulması qət edilmişdi. 25 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(103)- 101/2019 saylı icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarına əlavə edilmiş borclu Şəxs tərəfindən ödənilmiş ödəniş qəbzinə əsasən, ümumilikdə 400 manat məbləğində pulu X3 xeyrinə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(103)-101/2019 saylı icra sənədi üzrə yaranmış aliment borcundan icra sənədi üzrə tələbkar X5 xeyrinə 400 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(103)- 101/2019 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4991/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4991/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver