Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4994/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X5 iştirakı ilə, xx xxxx 1981-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən,Masallı rayonu, Lürən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim olunmuş 13 noyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 30 avqust 2025-ci il tarixli qərarından görünür ki, 01 aavqust 2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan vətəndaş X1 DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə, qonşusu tərəfindən döyülməsi barədə daxil olan müraciəti Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin “cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabında” HK-1-də 2297 sayla qeydiyyata alınaraq araşdırmanın davam etdirilməsi təhqiqatçıya həvalə olunduğundan icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, onun yaşadığı evdə işıqlar sönmüş idi, həmin zaman evdən çıxmış və 2 nəfər şəxsdən işıqların sönməsi ilə bağlı soruşmuş, onlar da sərt şəkildə ona “biz nə bilək” ifadəsini işlətmiş, o da sual olaraq “bəs hardan maraqlanmaq olar” deyə soruşmuş, onlar da “qaynar xəttə zəng et” deyə cavablandırmışlar. Bundan sonra o, qaynar xəttə zəng edərkən həmin şəxslərin ona baxaraq güldüklərini görmüş və səbəbini soruşmuş, həmin zaman zərərçəkmiş şəxsin yanında olan şəxslə mübahisə etməyə başlamış, bu zaman zərərçəkmiş şəxsin onun belindən taxta ilə vurduğunu, o da həmin anda zərərçəkmiş şəxsin əlindən tutmuş, onu əli ilə itələyən zaman zərərçəkmiş şəxsin köynəyini parçalamışdır. Hadisə zamanı içkili olmamış, sonradan spirtli içki qəbul etmişdir. Sonda o, törətmiş olduğu əməldən səmimi peşman olduğunu, ailə vəziyyətinin nəzərə alınmasını və himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 izahatında bildirdi ki, evlərində işıqlar sönmüş idi, buna görə o, həyətə çıxmış və qonşusu ilə həmin vəziyyət barədə müzakirə edən zaman bir nəfər şəxsin gələrək işıqların sönməsi barədə onlardan soruşmuş, onlar da ona cavab vermişlər. Birdən-birə həmin şəxs onlara baxaraq “niyə gülürsüz” dəyə yaxınlaşmış, mübahisə yaranmış, onu tutaraq yerə yıxmış, onu yerdə sürümüş, həmin zaman bir çox bədən xəsarəti almış, eynəyi və telefonu qırılmışdır. Hadisə zamanı inzibati xəta törətmiş şəxsin özündə olmamış, onun içkili olub-olmadığını müəyyən edə bilməmişdir. Bütün sadalanan halları nəzərə alaraq həmin şəxsdən şikayətçi olduğunu, özünü təhqir olunmuş kimi hesab etdiyini bildirərək, inzibati xəta törətmiş şəxs barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Belə ki, 02 avqust 2025-ci il tarixli 556 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “X1 məhkəmə-tibbi ekspertizasına, tibbi sənədə əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlir: X2 boyun, sol yanaq, sol dirsək oynağı və sol baldır nahiyələrində sıyırqlar, sol yanaq nahiyəsində qançırlar müəyyən edildi. Xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş 01 avqust 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 1/7924 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs tibbi müayinədən keçirilmiş, nəticədə onun spirtli içki qəbul etməsi və orta dərəcəli sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasını iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsin inzibati xətanı sərxoş vəziyyətdə olarkən törətməsini iş üzrə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 13 noyabr 2025-ci il saat 17:30-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-4994/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4994/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver