Məhkəmə qərarları › İş №3(010)-4996/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4996/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4996/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə rəisi X3, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsində narkotik vasitələrindən istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə rəisi X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, 10 fevral 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsinin qarşısında xx.xx.1967-ci il təvəllüdlü Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilinərək PB-nə gətirilməsi barədə raportun icraatına daxil olması, araşdıma zamanı xx.xx.2022-ci il tarixli X1, Narkotik Vasitələrin və X2 Hallarının Müəyyən edilməsi məqsədilə Tibbi müayonədən keçirilməsi haqqında 727 saylı akta əsasən sidiyindən OPİ(+) aşkar olunması göstərilmişdir. Sonda o, tərtib olunmuş protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bildi və izahatında göstərdi ki, narkotik vasitə olan heroindən istifadə etdiyini, 2015-ci ildə narkotik vasitə istifadə etməyə başladığını və həbs edildiyini, bundan sonra istifadə etməyi dayandırdığını, lakin son 3 aya yaxındır yenidən heroindən istifadə etməyə başladığını, narkotik vasitə heroini Xətai rayonu Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 15 manata alaraq istifadə etdiyini, həftədə 1 dəfə və yaxud ayda 1 dəfə istifadə etdiyini bildirmişdir. Sonda o, əməlindən peşmançılıq hissi keçirdiyini və barəsində daha yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin Narkomaniyadan məcburi müalicə olunması məsələsini həlli, ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün qərarın sürəti Suraxanı RPİ-nin PB-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə daxil olmuş xx.xx.2022-ci il tarixli 792№-li rəyindən görünür ki, vət. Şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən peşimançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar