Məhkəmə qərarları › İş №3(010)-4998/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4998/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4998/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə inspektoru Mübariz Qasımovun, xx.xx.1980-cı ildə İliç rayonu, Mahmud kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində narkotik vasitələrindən istifadə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə inspektoru Mübariz Qasımov məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə tərəfindən РВ-уə şübhəli şəxs qismində xx.xx.1980-cı il təvəllüdlü Şəxs Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsindən gətirilmişdir. xx.xx.2022-ci il tarixli “X1, Narkotik Vasitələrin və X2 X3 məqsədilə Tibbi müayinənin Keçirilməsi haqqında” 3058 saylı akta əsasən sidiyindən THC(+) aşkar olunmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati qaydada məsuliyyətə görülməsini xahiş etmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında hal-hazırda Yeni Günəşli qəsəbəsində yaşadığını, özünə məxsus olan “Toyota Prius” markalı Az **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırdığını, polis əməkdaşları ilə mübahisə etdiyi üçün onu polis bölməsinə gətirdiklərini, daima olaraq narkotik vasitəsindən istifadə etmədiyini, yalnız həmin günü istifadə etdiyini, ümumiyyətlə asıllılığının olmadığını və törətdiyi əməldən peşman olmasını bildirərək, inzibati qaydada məsuliyyətdən azad edilməsini xahiş etdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, qərarın sürəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna gönsərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 4443 saylı xx.xx.2022ci il tarixli rəyində göstərilmişdir ki, Şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən peşmançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar