Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4999/2025 14.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X2, İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi, anası X1 iştirakları ilə xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ofisiant işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 388-1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs Şəxs X7n instagram sosial şəbəkəsində paylaşdığı video materialın şərh bölməsində DİN-in rəhbərliyi barəsində təhqiredici ifadələr işlətmiş, polisin cəmiyyətdəki nüfuzunu aşağı salmışdır. Polis əməkdaşları tərəfindən dəvət olunduğu zaman polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 388-1-ci maddələrində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclaslarında Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X6 izahatında protokola uyğun izahat verərək bildirdi ki, Şəxs X7n instagram sosial şəbəkəsində paylaşdığı video materialın şərh bölməsində DİN-in rəhbərliyi barəsində təhqiredici ifadələr işlətmiş, polisin cəmiyyətdəki nüfuzunu aşağı salmışdır. Polis əməkdaşları tərəfindən onun instagram sosial şəbəkə istifadəçisi Şəxs olduğu müəyyən edilmiş, daha sonra o, polis şöbəsinə dəvət olunmuş, dəvət olunan zaman polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə əlaqədar özünü təqsili bilməyərək bildirmişdir ki, saxlanılma zamanı polislərə qarşı hər hansı tabeçilik gpstərməmiş, maksimum dərəcədə çalışmışdır ki, əli polislərə dəyməsin, onların bütün göstərişlərinə əməl etmişdir. Digər Azərbaycan Respublikası İXM-nin 388-1-ci maddəsinə münasibətdə bildirmişdir ki, sosial şəbəklərdə cəmi 2 dəfə polis əməkdaşları ilə əlaqədar rəy yazmış, onun da sözləri sırf anasına qarşı polislər tərəfindən tətbiq edilmiş zoraki hərəkətlər ilə, döymələr ilə əlaqədar olmuş, həmin rəyin verilməsi Şəxs buna dair emosianal reaksiyası olmuş, o, heç kəsi incitmək, təhqir etmək niyyətində olmamış, onun sözləri bir başa heç kəsə ünvanlanmamış, ümumiyyətlə, yalnız anasını döyən polislərə aid olmuş və həmin rəyi sosial şəbəkələrdən dərhal silmişdir.X7 ümumiyyətlə tanımır, izləmədən çıxarmışdır, bütün rəyləri silmişdir. Öz əməlindən son dərəcədə peşmançılıq hislərini keçirir, anasının xəstə olduğu, üçüncü qrup əlil olduğu, onun özünün ailənin yeganə gəlir mənbəyi olduğu, atasız böyüdüyü, gənc olduğu, özünün də xəstə olduğu və bununla bağlı əsgərliyə gedə bilmədiyi, polislərə qarşı hər hansı pis niyyəti olmadığı nəzərə alınaraq ona daha yüngül tənbehin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi, anası X4 bildirmişdir ki, ümumiyyətlə, həmin hadisələrin əsası onun polis əməkdaşlarından olan şikayətlərdir və polis əməkdaşlarının buna görə ona olan təzyiqlərdir. Belə ki, o, ustadan ala bilmədiyi 250 manatın alınması ilə əlaqədar, polisə müraciət etmiş, usta ona əvvəl 100 manat, sonra 50 manat ödədikdən sonra sahə müvəkkili 30 manatın və qalan 50 manatın ona bağışlanmasını xahiş etmiş, o da razı olmamış, bu səbəbdən, polislərin ona və oğluna təzyiqləri başlanmışdır. İlk dəfə polis əməkdaşları onların evinə gəldikdə, oğlu Özcan sistemin altında idi, polis əməkdaşları ondan Özcanın onlarla gedib izahat verməsini tələb etmiş, o da bildirmişdir ki, oğlu xəstədir və onların əlində hər hansı qərar yoxdur, həmçinin özü də nümayəndəsi olduğundan onun adından izahat verə bilər. Bundan əlavə, Sahil metrosunda onu polis əməkdaşları döydülər, bildirmişdir ki, həmin sənədləri bir polis əməkdaşına göstərmiş, sonra ikinci polis əməkdaşına göstərmiş, sonra polis əməkdaşı onun əlindən vurdu, qanatdı, sonra onu başından da vurmuş, döymüşdürlər, özü qanın içində idi, oğlu da bunu görüb dözməmiş, sosial şəbəkələrdə yazdığı da buna olan emosional reaksiyasi idi. Oğlu özü xəstədir, hətta bununla bağlı onu əsgərliyə də aparmamışdırlar. Hal-hazırda onun əsgərlikdən möhlət verilməsi ilə əlaqədar sənədləri inzibati məhkəməsindədir və əsgərliyə getməsi ilə əlaqədar 6 ay möhlət verilmişdir. Hesab edir ki, onun oğlunun hərərkətlərində ümumiyyətlə hər hansı bir günah, təqsir yoxdur, polislərə ümumiyyətlə hər hansı müqavimət göstərə bilməzdi, bu səbəbdən ki, zəif və xəstə uşaqdır. Sosial şəbəkələrdə olan rəylərlə əlaqədar, hesab edir ki, həmin sözlər hər hansı bir konkret şəxsə ünvanlanmamışdır, onun (anasının) döyülməsi ilə əlaqədar stress, psixoloji problem keçirir, yetkinlik yaşını təzə keçmiş bir uşağın emosional reaksiyasıdır. Oğlunun ümumiyyətlə 19 yaşı var, öz günahını özü də etiraf etmiş, bilmədən yazdığını bildirmişdir. Bundan əlavə, bildirmək istəyir ki, özü 3-cü qrup əlildir, eşitmək qabiliyyətində zəiflik var, hətta vaxtı ilə müəllimə işləmiş, lakin eşitmə ilə bağlı problemlər yaşadıqdan sonra, işini itirmiş, indi oğlu Özcan ofisiant işləyərək ailəyə yeganə gəlir gətirən uşaqdır. Məhkəmədən bütün bunların nəzərə alınmasını və oğlu Şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında Şəxs nümayəndəsi dövlət hesabına təyin edilmiş vəkili X5 məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs Şəxs əməlini səmimi etiraf etdiyi, həmin əməli törətməsindən peşmançılıq hissləri keçirməsi nəzərə alınaraq Azərbaycan Respublikası İXM-nin 388-1-ci maddəsi ilə yüngül tənbehin tətbiq edilməsini, Şəxs tərəfindən polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərilmədiyinə görə və tabesizlik etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı № ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 388-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlində ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Şəxs əməllərinin bir qismini etiraf etməsini və səmimi peşmançılıq hislərini keçirməsini, gənc olmasını yüngülləşdirən hal olaraq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə «Eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər». Həmin qərarın nəticəvi hissəsinin 1-ci bəndinə əsasən «Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir». Yuxarıda göstərilən qanun müddəalarını, inzibati protokolu tərtib edən 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 izahatını, barəsində inzibati protokol tərtib edilən şəxs Şəxs ifadəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 388-1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 388-1-ci maddələri ilə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4999/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4999/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver