Məhkəmə qərarları › İş №3(010)-5/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5/2020

18.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5/2020 18.05.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə Şəxs, xx xxx 1964-cü ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Əylis kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1al rayonu, T.Şahbazi küçəsi, 102 saylı evin 27 saylı mənzilində qeyiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə baxılması xx xxx 2019-cu il tarixə, saat 12:00-a təyin edilmiş və bu barədə Şəxs qeydiyyatda olduğu ünvan üzrə - ünvan 1al rayonu, T.Şahbazi küçəsi, 102 saylı evin 27 saylı mənzilinə məhkəmə bildirişi göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvanlanmış məhkəmə bildirişi poçt orqanı tərəfindən “bu ünvanda yaşamır” qeydli ilə geri qaytarılmışdır. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, xx xxx 2019-cu il tarixə, saat 11:10-a təyin edilmişdir və bu barədə Şəxs istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə sms bildirişi göndərilmişdir. Şəxs xx xxx 2019-cu il tarixə, saat 11:10-a təyin edilmiş məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması təkrarən təxirə salınaraq, xx xxx 2019-cu il tarixə, saat 11:30-a təyin edilmiş, Şəxs bu barədə məhkəmə bildirişi göndərilməklə yanaşı, onun istifadəsində olan 055 *** ** ** mobil nömrə vasitəsilə onunla əlaqə saxlanılaraq məlumat verilmişdir. Şəxs xx xxx 2019-cu il tarixə, saat 11:30-a təyin edilmiş məhkəmə iclasına gəlmədiyinə görə istifadəsində olan 055 *** ** ** mobil nömrə vasitəsilə onunla əlaqə saxlanılmış, lakin Şəxs məhkəməyə heç bir sənədi təqdim etmədən, xəstə olduğunu bildirərək məhkəmə iclasına gəlmədiyindən xx xxx 2019-cu il tarixli, 3(010)-454/2019 saylı qərardadla Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinə gətirilməsi qərara alınmış, qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. Eyni zamanda eyni tarixli, eyni saylı qərarla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Yuxarıda qeyd edilənlərə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından isə görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi xx xxxx 2019-cu il tarixdən işə hazırda məhkəmə iclasında baxıldığı vaxt artıq 01 il 02 ay keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli, AP seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar