Məhkəmə qərarları › İş №3(010)-5/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5/2021

09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5/2021 09.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 27 may 2020-ci ildə Bakı şəhər Suraxanı rayon məhkəməsinin icraatına Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31-ciPolis Bölməsinin 27 may 2020-ci il tarixliməktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 31ciPolis Bölməsinin polissahəinspektoru X1 tərəfindən tərtib edilmiş 27 may 2020-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokol daxil olmuşdur. Protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qaçıb gizləndiyindən Bakı şəhər Suraxanı rayon məhkəməsinin 10.06.2020-cu il tarixli qərarı ilə onun barəsində gətirilmə tədbiri tətbiq edilərək, həmin məhkəmənin 10.06.2020-cu il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Məhkəmə tərəfindən görülmüş zəruri tədbirlərə baxmayaraq, Şəxs n gətirilməsi barədə qəbul edilmiş 10.06.2020-cu il tarixli qərar icra edilməmiş və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın məhkəməyə gətirilməsi təmin edilməmişdir. Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakiminin qərarı ilə icraatı 10.06.2020-cu ildə dayandırılmış inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinin tələblərinə uyğun olaraq, 10 iyun 2020-ci il tarixdə bitmişdir. Ona görə də, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol 27 may 2020-ci il tarixdə tərtib edildiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinin tələbləri tətbiq edilməli və inzibati xətanın törədildiyi vaxtdan bir il keçdiyindən həmin müddət bitdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 53.0.6-ci maddələrinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan normaların tələbinə görə Şəxs inzibati məsuliyyətə cəlb olunması müddəti 27 may 2020-ci il tarixdə bitmiş və həmin müddət bitdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi zərurəti yaranmışdır. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Müddətin keçməsi ilə əlaqədar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında olan iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar