Məhkəmə qərarları › İş №3(010)-5/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5/2022 29.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə X2, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, boşanmış, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 60 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 09 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən X2 Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(010)-827/2021 nömrəli qətnaməsinə dair icra səndini üzrsüz səbəbdən icra etməməsinə görə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. X5 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında X5 icra sənədinin icrası üçün ona vaxt verilməsini xahiş etdiyindən məhkəmə iclası 17 sentyabr 2021-ci il tarixə, saat 11:15-ə təxirə salınmış və bu barədə X4 şəxsən məhkəmə bildirişi təqdim edilmişdir. X1 həmin məhkəmə iclasına gəlməmişdir. Bununla əlaqədar inzibati işin baxılması təxirə salınaraq, 24 sentyabr 2021-ci il tarixə, saat 15:30-a təyin edilmiş və N.M.Sadıxovun qeydiyyatda olmaqla yaşadığı ünvan üzrə - ünvan 2 məhkəmə bildirişi göndərilmiş, eyni zamanda N.M.Sadıxovun istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclası barədə ona şəxsən məlumat verilmişdir. Lakin N.M.Sadıxov hər hansı bir üzrlü səbəb olmadan 24 sentyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası 08 oktyabr 2021-ci il tarixə, saat 12:00-a təxirə salınmış və N.M.Sadıxovun qeydiyyatda olduğu ünvan üzrə ünvan 2 təkrarən məhkəmə bildirişi göndərilmiş, habelə təkrarən N.M.Sadıxovun istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclası barədə ona şəxsən məlumat verilmişdir. N.M.Sadıxov hər hansı bir üzrlü səbəb olmadan 08 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə iclası təkrarən 15 oktyabr 2021-ci il tarixə, saat 15:00-a təxirə salınmış və N.M.Sadıxovun qeydiyyatda olduğu ünvan üzrə - ünvan 2 məhkəmə bildirişi göndərilmiş, habelə təkrarən N.M.Sadıxovun istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclası barədə ona şəxsən məlumat verilmişdir. N.M.Sadıxov 15 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına da gəlməmişdir. Buna görə də məhkəmə iclası növbəti dəfə 20 oktyabr 2021-ci il tarixə, saat 15:30-a təxirə salınmış, bu dəfə də N.M.Sadıxova məhkəmə bildirişi göndərilmiş, habelə onun istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclası barədə ona şəxsən məlumat verilmişdir. Bununla belə N.M.Sadıxov hər hansı bir üzrlü səbəb olmadan 20 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına da gəlməmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə X2 məhkəməyə məcburi qaydada gətirilməsi qərara alınmışdır.Eyni zamanda Bakı şəhər Suraxanı rayon Məhkəməsinin eyni tarixli, eyni saylı qərarı ilə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X2 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından isə görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi, yəni X2 barəsində 06 dekabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edildiyi gündən işə hazırda məhkəmə iclasında baxıldığı vaxt artıq 01 il 03 ay 20 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar