Məhkəmə qərarları › İş №3(010)-50/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-50/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-50/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, xx xxxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1FWZA8H, boşanmış, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, Dalan 3, 3 nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla N.O.Savalanov Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə X1 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokola əsasən, İ.Musayev küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmağı, nəqliyyət vasitəsini tam olaraq əks istiqamətli nəqliyyət axınının hərəkət zolağına keçirərək, nəqliyyət axınına əks istiqamədtə hərəkət etməyi ilə əlaqədar eyni tarixli, TP seriyalı, ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. Tərəfindən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələbləri pozulmadığı halda, qeyd olunan qərara əsasən cərimə olunması qanunsuz və əsassızdır. Belə ki, qərarın əsassız və qanunsuzluğu onun əsasını təşkil edən protokolun inzibati xətanı törətmədiyi halda tərtib edilməsi və Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinin tələblərinə zidd tərtib olunmasıdır. Buna görə də N.O.Savalanov Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, N.O.Savalanov xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “X8 115 CDİ” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Suraxanı rayonu, İ.Musayev küçəsində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla 100 manat cərimə olunmuşdur. Şikayətə məhkəmə iclasında baxıldığı zaman müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 N.O.Savalanovun barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraat başlamış və elə həmin gün də inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan N.O.Savalanovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan N.O.Savalanovun barəsində tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda, N.O.Savalanovun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Şikayətə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolun və eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən isə görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 polis baş serjantı rütbəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru polis baş serjantı X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokola baxmaq səlahiyyətində olan yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 yol patrul xidməti inspektoru X2 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar