Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5004/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi X6 inzibati tənbeh vermə haqqında iş üzrə 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından X1 şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin vəzifəli şəxsi 17 yanvar 2024-cü ildə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək 300 manat miqdarında cərimə etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin rəisi X6 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən X4 AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona çoxsaylı şikayətlərindən sonra rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Həmin qərar tamamilə əsassız və qanunsuzdur. Buna görə də ləğv edilməli və işə məhkəmədə baxılmaqla X4 barəsində ağır inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, xx.xx.2023-cü il səhər saat 07-08:00 radələrində qardaşı oğlu X4 uca səslə pəncərəyə yaxınlaşıb, qışqırıb böyüklərini söyməklə həyat yoldaşı ilə yaşadığı ünvana gəlmiş və qapısını döyərək açmağını tələb etmişdir. O, qapını açdıqda X4 əlində kvalt alətlə üstünə hücum edərək kvaltla kəllə nahiyəsindən vurmuş, bundan sonra bədəninin müxtəlif yerlərinə də xəsarətlər yetirməklə onu boğmağa başlamışdır. O, güclə canını onun əlindən qurtarmışdır. Lakin başına vurduğu zərbə nəticəsində kəllə nahiyəm zədələnmiş və qan axmışdır. Xəsarətlər nəticəsində bədəninin də müxtəlif yerlərində xəsarət izləri yaranmışdır. Şikayəti əsasında Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı Akşın Vəliyev araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarla razılaşmadığından qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə təhqiqatçı Akşın Vəliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Dəfələrlə müraciətindən sonra, 6 ay uzadıldıqdan sonra təhqiqatçı Akşin Vəliyev şikayətinə yenidən baxmış və ona yetirilən xəsarətlərin dərəcəsi təyin edilmədiyinə görə cinayət işinin başlanmasını rədd etmiş, materialı inzibati məsuliyyətin tətbiq olunması üçün aidiyyatı üzrə göndərmişdir. Lakin material aidiyyatı üzrə polis əməkdaşına göndəriləndən və dəfələrlə müraciət və şikayətlərindən sonra polis əməkdaşı ona X4 barəsində cərimə tətbiq edəcəyini bildirmişdir. O isə ondan bu işin inzibati protokol tərtib edərək məhkəməyə göndərməsini tələb etsə də, çoxsaylı şikayətlərimdən sonra xx.xx.2024-cü ildə mənə MN ******* saylı qərar təqdim edilmişdir. Lakin, Suraxanı Rayon Polis İdarəsinin 31 -ci polis bölməsi AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xətaya məhkəmədə baxılmalı olduğu halda, öz səlahiyyətlərini aşaraq, özü inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Ümumiyyətlə, 31-ci PB-si əvvəldən X2 maraqlarını qorumuş, haqlı şikayətlərini nəzərə almamışdır. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin rəisi X6 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarını ləğv edilməsi barədə şikayətlə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti təmin edilmiş, MN ******* nömrəli 17.01,2024-cü il tarixli qərarı ləğv edilmiş və qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilmişdir. Məhkəmənin qərarının polis Bölməsinə göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq 31-ci Polis Bölməsində qərar icra edilmir. O, təhqiqatçı kapitan Azərdən dəfələrlə qərarı icra edərək Nizami barəsində protokol tərtib edərək məhkəməyə göndərilməsini tələb etsə də dövlətin adından çıxarılan məhkəmə qərarına məhəl qoymur. 31-ci Polis Bölməsinin təhqiqtaçısı Azər onuetdiyim şikayətlərə görə tutacağım bildirir. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşları işlərinə laqeyd və biganə yanaşaraq, vəzifə öhdəliklərini yerinə yetirmirlər. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə heç bir araşdırma aparmamış həmin qərar kağız üzərində qalmışdır. Korrupsiya hallarına yol verilir və təqsirkar barəsində qanunauyğun tədbir görülmür. Bunun nəticəsidir ki, o, bölmənin yollarında qalmış və şikayətlərinin heç bir nəticəsi yoxdur. Hər etdiyi şikayəti yenidən 31-ci PB-ə göndərirlər. Onlar isə öz səhv hərəkətlərini ört-basdır edirlər. Bu haqsızlıqlarla bağlı, Bakı Şəhər Baş Polis İdarəsinə də 4 dəfə müraciət etməyinə baxmayaraq, şikayətlərini hər dəfə araşdırmaq üçün Suraxanı Rayon Polis İdarəsinə göndərmişlər. İdarə tərəfindən isə heç bir tədbir görülməmişdir. Bununla bağlı, şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna şikayət etdim, Suraxanı Rayon Prokurorluğunun ona ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda inzibati tənbeh vermə haqqında protokoldan yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət etməyi tövsiyə edilmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin rəisi X6 inzibati tənbeh vermə haqqında MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarını ləğv edilməsini və X4 barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısı Akşin Vəliyev tərəfindən 24 dekabr 2023-cü ildə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi qərarın surətindən görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, fakta görə toplanmış materialda Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olduğundan göstərilən maddənin tələblərinə əsasən inzibati icraat açılması məsələsinin həlli üçün qərarın surəti aidiyyəti əməkdaşa verilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 6(010)-25/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qərarı ilə şikayət təmin olunaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X5 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 sentyabr 2023-cü il tarixli qərarı qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi X6 inzibati tənbeh vermə haqqında iş üzrə 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək 300 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 3(010)-674/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin olunması, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin rəisi X6 X2 Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilməsinə dair 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilməsi və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Belə ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X1 şikayətdə göstərdiyi xüsusatlar barəsində Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın artıq Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edildiyindən və qanuni qüvvəyə minmiş qərarı olduğundan, nəticə etibarı ilə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar X1 şikayəti əsasında Suraxanı Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 3(010)- 674/2024 saylı qərarı ilə yekun qərar qəbul edildiyindən şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü mad dəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin 17 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5004/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5004/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver