Məhkəmə qərarları › İş №3(010)-5011/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5011/2022

27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5011/2022 27.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, zərərəkçəkmiş şəxs X3, protokol tərtib edən Bakı şəhəri Suraxanı Polis idarəsinin Dövlət Yol polis şöbəsinin inspektoru polis kapitanı X2 iştirakları ilə- Şəxs, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Suraxanı RPİ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 25 oktyabr 2022-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 23 oktyabr 2022-ci il tarixdə, saat 14:50-də «BMW 316» minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 23 oktyabr 2022-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi «BMW 316» minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobillə Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yol ayrıcında idarəetmədən çıxıb yolun kənarında dayanmış olan “HYUNDAİ SANTA FE” markalı **-PU-*** nömrəli avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı xəsarət alan olmayıb. Əlavə olaraq bildirdi ki, hadisədən qabaq nahar edərkən 2 stəkan çaxır qəbul etmişdir. Sonda o, məhkəmədən inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 göstərdi ki, etibarnamə ilə idarə etdiyi 23 oktyabr 2022-ci il tarixdə saat 14:50 radələrində idarə etdiyi “HYUNDAİ SANTA FE” markalı **-PU-*** nömrəli avtomobili ilə Hövsan qəsəbəsi, O.Şabanov küçəsində avtotəmirin qarşısında saxlayıb. Özü isə avtomobilin qırağında dayanıbmış. Birdən ucadan bir səs eşidib. Arxadan sürətlə hərəkət edən «BMW» minik markalı **-HJ-*** dövlət nömrə nişanlı avtomobil onun avtomobilinin arxadan dəyib.və maşından düşərək təhqiramiz sözlərlə ona müraciət etməyə başlayıb. X5 həmçinin qeyd etdi ki, onun maşınına dəhşətli dərəcədə ziyan dəyib. O, 102 xidmətinə zəng edib və DYP əməkdaşları gəlib. Məlum olub ki, **-HJ- *** dövlət nömrə nişanı ilə hərəkət edən Şəxs onun maşını içkili vəziyyətdə vurub. O, DYP işçilərinə sonradan müraciət etdikdə onlar Şəxs içkili olmadığını söyləyiblər. X1 isə məhkəmədən ifadəsinin diqqətlə nəzərə alınmasını xahiş edib. Məhkəmə iclasında protokol tərtib edən Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin inspektoru polis kapitanı X4 göstərdi ki, Şəxs 23 oktyabr 2022-ci il tarixdə, saat 14:50-də «BMW 316» minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü və 327.1-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair İXP seriyalı ******* nömrəli, 25 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə işdən iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 23 oktyabr 2022-ci il tarixdə, saat 14:50-də «BMW» minik markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan dəymişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM- nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin, Şəxs bu halı etiraf etmiş və bu barədə protokola qeyd yazmışdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs sərxoş halda avtomobili idarə edərək yolhərəkəti iştirakçıları üçün təhlükə yaratmasını və onun əməlinin ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar