Məhkəmə qərarları › İş №3(010)-5022/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5022/2023

28.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5022/2023 28.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızının sədrliyi ilə, məhkəmə iclasının katibi X1, inzibati xəta törətmiş Şəxs, müdafiəçi Vəkil iştirakları ilə xx.xx.1992-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi polis polkovnik- leytenantı X3 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli protokola əsasən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o dostu Rəfaillə zəngləşərək Qaraçuxur qəsəbəsində yerləşən restoranda görüşmüşlər. Restoranda yemək yedikdən sonra marixuanadan istifadə etmişlər. Sonra polislər gələrək oradan onları polis bölməsinə dəvət etmişlər. Orada şəxsiyyəti müəyyən edildikdən sonra onun sərxoşluğunu, narkotik maddəni qəbul etməsini müəyyən etmək üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparmışlar. Tibbi müayinədən keçirilən zaman sidiyində narkotik tərkibli maddə aşkar edilmişdir. Daha sonra o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi polis polkovnik-leytenantı X3 izahatında göstərmişdir ki, Atilla restoranında narkotik vasitələrdən istifadəsində şübhəli bilindiyi üçün Şəxs 32-ci Polis Bölməsinə dəvət olunmuşdur. Polis Bölməsində məlum oldu ki, həmin şəxs xx.xx.1992-ci təvəllüdlü Şəxsdir. Orada şəxsiyyəti müəyyən edildikdən sonra onun sərxoşluğunu, narkotik maddəni qəbul etməsini müəyyən etmək üçün onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparmışlar. Tibbi müayinədən keçirilən zaman sidiyində narkotik tərkibli maddə aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3066 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin keçirilməsi haqqında aktdan müəyyən olunur ki, Şəxs sidiyində TNC(+) aşkar edilmiş, BTD(-),OPİ(-),COC(-), AMP(-) aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Ambulator Məcburi- X2 xx.xx.2023-cü il tarixli, 7043 saylı rəyindən müəyyən olunur ki, Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə xx.xx.2023cü il tarixdə saat 23:40 radələrində tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən Şəxs əməlindən peşman olmasını nəzərə alır və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətində inzibati tənbeh - həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 23:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar