Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5026/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə Suraxanı Rayon Məhkəməsinin 3(010)-5026/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qərarına xitam verilməsi ilə bağlı Şəxs ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 06 oktyabr 2024-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında toplanmış materiala Suraxanı Rayon Məhkəməsində baxılmış və 3(010)-5026/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs ərizə ilə müraciət edərək məhkəmənin yuxarıda qeyd olunan qərarına xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş “Asanpay” ödəniş portalından çıxarışından müəyyən olunur ki, Şəxs 06 oktyabr 2024-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə, habelə Suraxanı Rayon 3(010)-5026/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qərarının verilməsinə əsas olmuş və 17 may 2024-cü il tarixli EQ seriyalı 21209984 nömrəli qərar üzrə cərimə və dəbbə pulu məbləğlərini tam olaraq ödəyib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən “Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir”. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-152.5-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması ilə bağlı Suraxanı Rayon Məhkəməsinin 3(010)-5026/2024 nömrəli iş üzrə 15 noyabr 2024-cü il tarixli qərarına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-5026/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5026/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver