Məhkəmə qərarları › İş №3(010)-5032/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5032/2022

28.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5032/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə rəisi X3, Şəxs - xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeyddiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə Qaraçuxur qəsəbəsi, Mədən qaəsəbəsi, TOSoil YDM-nın qarşısında ƏÇPA-nın 7-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi gətirilmiş və narkotik vasitəsinin istifadəçisi kimi müəyyən edilmişdir. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-cü Polis bölməsinin sahə rəisi X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, 23 iyun 2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Mədən küçəsində TOSoil YDM-nin qarşısında xx.xx.1981-ci il təvəllüdlü Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilinərək PB-nə gətirilməsi barədə raportun icraatına daxil olması, araşdırma zamanı xx.xx.2022-ci il tarixdki X1, Narkotik Vasitələrin və X2 Hallarının Müəyyən edilməsi məqsədilə Tibbi müayinədən keçirilməsi haqqında 2992 saylı akta əsasən sidiyindən THC(+) aşkar olunması göstərilmişdir. Sonda o, tərtib olunmuş protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bildi və izahatında göstərdi ki, əsəb problemi oldiuğu üçün psixotrop maddədən istifadə edir. Sonda o, əməlindən peşmançılıq hissi keçirdiyini və barəsində yüngül daha cəza tətbiq edilməsini xahiş etmişdir. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, X4 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin Narkomaniyadan məcburi müalicə olunması məsələsini həlli, ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün qərarın sürəti Suraxanı RPİ-nin PB-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nə daxil olmuş xx.xx.2022-ci il tarixli 3650№-li rəyindən görünür ki, vət. Şəxs “Kannabioidlərdən periodik istofafə etmə halları olub. Lakin hazırda NARKOMANİYA XƏSTƏLİYİNİN əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlindən peşimançılıq hissi keçirməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar