Məhkəmə qərarları › İş №3(010)-5040/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5040/2022

30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5040/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Şikayət vermiş şəxs X4, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1984-cİ ildə Ağsu rayonu, Rəhimli kəndində rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ağsu rayonu, Rəhimli Ərazi Dairəsi, Rəhimli kəndində qeydiyyatda olan X4 barəsində X4 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan və onun əsasında qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlunun Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan və onun əsasında qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmısini mhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan və onun əsasında qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ona və ailəsinə qarşı haqsızlıq olduğu üçün protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında X6 ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etrmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Bununla da, X6 Azərbaycan Respublikası İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə X1 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş ərizəyə əsasən, X6 ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, onun narəsində İXM-nin 157-ci maddəsi ilə tərttib edilmiş protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək mbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin izahatı əsasında X4 barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan və onun əsasında qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokoldan və onun əsasında qəbul edilmiş MN ******* saylı, 30 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar