Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-508/2021 26.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X4 iştirakı ilə, X4, 20 mart 1977-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 12VTPHN, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili, İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı, Bərdə şəhəri, Gəncə küçəsi, 30 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 9A nömrəli evin 174 nömrəli mənzilində yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 15 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 yol patrul xidməti inspektoru X9 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət X10 polis polkovnik leytenantı X3 qəbul etdiyi 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla F.A.Kərimov Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 Bakı şəhəri Suraxanı rayon Dövlət X10 polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti 02 aprel 2021-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8 şikayətini müdafiə edərək göstərdi ki, 15 mart 2021-ci il tarixdə qaynı Xaliqlə birlikdə özünə məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri Suraxanı rayonu ərazisində hərəkətdə olmuş, şəxsi nəqliyyat vasitəsində olduqlarına görə onlar tənəffüs yollarını qoruyan fərdi vasitə-tibbi maskadan istifadə etməmişlər. Həmin vaxt Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 yol patrul xidməti inspektoru X9 onun və qohumu Xaliqin nəqliyyat vasitəsində tibbi maskadan istifadə etməməklə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiklərini bildirmiş, yol patrul xidməti inspektoru X7 qanunvericilikdə şəxsi avtomobildə olan ailə üzvlərinin və ya qohumların tibbi maskadan istifadə etmələrinə hər hansı bir məcburiyyətin olmadığını bildirsə də, M.Ə.Hüseynov onun sözlərinə məhəl qoymadan barəsində Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında isə Bakı şəhəri Suraxanı rayon Dövlət X10 polis polkovnik leytenantı X3 qəbul etdiyi 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X8 həmçinin bildirdi ki, 15 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, eyni zamanda həmin protokol əsasında qəbul edilmiş 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmaqla tərtib edilmiş və qəbul edilmişdir. Sonda F.A.Kərimov qeyd etdiklərini nəzərə alaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X14 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. X1 məhkəmədə barəsində inzibati qərar çıxarılmış şəxs X4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Beləliklə şikayətə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, 15 mart 2021ci il tarixdə X8 idarə etdiyi özünə məxsus nəqliyyat vasitəsində qohumu, yəni qaynı X2 ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu ərazisində hərəkətdə olduğu zaman tənəffüs yollarını qoruyan fərdi vasitə-tibbi maskadan istifadə etmədiklərinə görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 yol patrul xidməti inspektoru X9 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Dövlət X10 polis polkovnik leytenantı X3 qəbul etdiyi 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla F.A.Kərimov qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1 və 1.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Həmin qərarın 2-ci bəndinə əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarından göründüyü kimi şəxsi nəqliyyat vasitələrində ailə üzvləri və ya qohumları ilə birlikdə hərəkət edən şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri öz əksini tapmamışdır. Qeyd edilən vasitələrdən məhz şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada, yəni ictimai nəqliyyat vasitələrində sürücü və sərinişlər tərəfindən istifadə olunması məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 15 mart 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində idarə etdiyi şəxsi nəqliyyat vasitəsində, qohumu X2 ilə birlikdə hərəkətdə olan X4 tənəffüs yollarını qoruyan fərdi vasitə-tibbi maskadan istifadə etməməsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olan “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1-ci hissəsinin tələblərinin pozuntusu kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X10 polis polkovnik leytenantı X6 tərəfindən qəbul edilmiş 29 mart 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-508/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-508/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver