Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-513/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5, X2nın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi 30 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 24 may 2019-cu il tarixli 2(010)-3091/2019 nömrəli icra vərəqəsinə əsasən 26 oktyabr 2017-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anası X6 yanında qalması, 26 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 22 yanvar 2019-cu il tarixdən hesablanmaqla, hər ay 160 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X7 ödənilməsi, 22 yanvar 2019-cu il tarixdən başlayaraq 26 oktyabr 2017-ci il təvəllüdlü X4 3 yaşına çatanadək, yəni 26 oktyabr 2020-ci il tarixədək Şəxs hər ay 50 manat məbləğində sabit pul şəkilində aliment tutularaq X7 verilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar verilmiş, həmin qərarın surəti və borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı bildiriş borcluya göndərilmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmadığından 25 iyul 2021-ci ildə barəsində axtarış elan edilmişdir. İcra məmuru həmçinin bildirir ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına əmlak aşkar edilməmişdir. X2 işə məhkəmədə baxılması zamanı ərizə təqdim edərək bildirmişdir ki, borclu tərəfindən ona 500 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda borcluya qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı ərizə təqdim edərək bildirmişdir ki, tələbkarın xeyrinə 500 manat məbləğində pul ödəmiş və tələbkarla hər ay ödəniş barədə razılığa gəlmişdir. İcra sənədinin icrasından yayınmır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs işə məhkəmədə baxılması zamanı tələbkarın xeyrinə 500 manat məbləğində ödəniş etmişdir. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-513/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-513/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver