Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5147/2022 18.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın Şəxs MMC barəsində tərtib etdiyi EP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibatini xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın tərtib etdiyi EP seriyalı ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Bakı səhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi ünvanında qeydiyyatda olan «X3” MMC tərəfindən **********4576 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********4547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda bəyan edilərək 4 ay müddətinə müvəqqəti saxlanca götürülmüş yüklərin müvəqqəti saxlanc müddəti xx.xx.2022-ci il tarixdə başa çatsa da, qeyd olunan malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi üçün gömrük orqanına müraciət olunmadığı aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, Türkiyə Respublikasından 34KH5004/34CUL648 nömrəli yük nəqliyyat vasitəsində İHR**********023 nömrəli və C22**********001 nömrəli invoys sənədləri üzrə idxal edilmiş yüklərin Bakı Bas Gömrük İdarəsində **********4576 sorğu nömrəli və **********4547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, müvəqqəti saxlanc müddətinin basa çatması barədə məlumatlı olduqlarını, **********4576 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş malların saxlanc müddəti başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixdə **********3450 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyini və bütün gömrük ödənişlərinin ödənildiyini, **********4547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən icazə sənədi ala bilmədikləri üçün həmin malların məhv edilməsi barədə xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müvafiq ərizə ilə müraciət etdiklərini bildirmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulması, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi inzibati xəta tərkibi yaradır. Beləliklə, Şəxs MMC tərəfindən **********4576 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********4547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərə müvəqqəti saxlanc müddətinin pozulduğu, həmin yüklərdən **********4576 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş malların saxlanc müddəti başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixdə Bakı Bas Gömrük idarəsində **********0 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi, **********4547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərin isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən icazə sənədi ala bilmədikləri üçün həmin malların məhv edilməsi barədə xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə xx/xx/024662 nömrəli ərizə ilə müraciət olunduğu, nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci ddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsina məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati protokola Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Bu fakt 34/012/016767 nömrəli xx.xx.2022-ci il tarixli raport, Gömrük bəyannamələri, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışlar, işdə olan digər sənədlərlə və Şəxs MMC-nin nümayəndəsi X1 xx.xx.2022-ci il tarixli 00100-2248/22 nömrəli inzibati xəta haqqında protokoldakı izahatı ilə təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 00100-2248/22 nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, o, Şəxs MMC-də gömrük işləri üzrə nümayəndə vəzifəsində çalışır. Nümayəndəsi olduğu MMC elektrik transformatorların istehsalı və satışı ilə məşğuldur. MMC-nin adına Türkiyə Respublikasından 34KH5004/34CUL648 nömrəli yük nəqliyyat vasitəsində İHR**********023 nömrəli və **********001 nömrəli invoys sənədləri üzrə idxal edilmiş yüklər Bakı Baş Gömrük İdarəsində **********4576 sorğu nömrəli və **********4547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Türkiyə Respublikasından KH5004/34CUL648 nömrəli yük nəqliyyat vasitəsində İHR**********023 nömrəli və C22**********001 nömrəli invoys sənədləri üzrə idxal edilmiş yüklər Bakı Baş Gömrük İdarəsində **********4576 sorğu nömrəli və **********4547 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc müddətinin başa çatması barədə məlumatları var. **********4576 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müqəqqəti saxlanca götürülmüş mallar saxlanc müddəti başa çatdıqdan sonra xx.xx.2022-ci il tarixdə **********3450 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdirilmiş və bütün gömrük ödənişləri ödənilmişdir. Həmçinin, **********4547 sorğu nömrəli xx.xx.2022-ci tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən icazə sənədi ala bilmədiyi üçün həmin malların məhv edilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə müvafiq ərizə ilə müraciət ediblər. Gömrük qaydalarının olduğunu bilmirdilər. Müvəqqəti saxlanc müddəti pozulduğu halda dəbbə pulu ödəyərək məsuliyyətdən azad olunacaqlarını güman ediblər. Bu səbəbdən qeyd edilən halların nəzərə almaqlarını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə görə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5147/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5147/2022
18.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver