Məhkəmə qərarları › İş №3(010)-5147/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5147/2025

25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5147/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə oğlunun, Barəsində inzibati xəta üzrə icraat aparılan X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin T.Yusifov barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, X4 1000 (bir min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayət olunan qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* Ns-li protokolda "xxxx" MMC-ə xx.xx.2025-ci il tarixli məktub göndərildiyini və həmin məktubla bəzi sənədlərin təqdim edilməsinin "xxxx" MMC-dən tələb edildiyi qeyd edilmişdir. Bildirir ki, X3 Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş "xxxx" MMC-ə daxil olmuşdur. Həmin bildirişdə xx.xx.2025-ci il tarixində T.Yusifova məktub ünvanlandığı qeyd edilmişdir. Qeyd olunan məktub heç bir formada T.Yusifova və ya "xxxx" MMC-yə təqdim edilməmişdir. İdarə tərəfindən də heç bir zaman həmin məktubun T.Yusifova və ya "xxxx" MMC-yə təqdim edilməsini sübut edəcək heç bir sənəd (poçt qəbzi və sair) təqdim edilməmişdir. Həmçinin, bildirişdə sözügedən məktuba T.Yusifova və ya "xxxx" MMC 7 iş günü ərzində münasibət bildirilmədiyi üçün T.Yusifova və ya "xxxx" MMC-yə inzibati xəta barədə protokol tərtib ediləcəyi qeyd edilmişdir. Qeyd edək ki, işçi X5 özü tərəfindən MMC-yə şifahi şəkildə şikayət etməsi barədə məlumat verilmişdir. Ondan sonra qabaqlayıcı tədbir kimi tərəfindən hər hansı qanun pozuntusunun törədilmədiyini qeyd etmək məqsədilə X9 Xidmətinin Bakı Şəhər İdarəsinə xx.xx.2025-ci il tarixində izahat ünvanlanmışdır. Həmin müraciət 3-17-5/1-49457/2025 sənəd nömrəsi ilə qeydiyyata alınmışdır. İzahat və izahatın göndəri İm əsinə dair poçt qəbzi bu Şikayətin qoşmasında təqdim edilir. (Qeyd: Poçt qəbzinin yazılması zamanı texniki yanlışlığa yol verilmiş: göndərən şəxs hissəsinə Nafa Catering MMC əvəzinə, Seaport Catering MMC qeyd edilmişdir.) Əlavə olaraq bir nüansı vurğulamaq istəyir ki, inzibati orqanın qeyd etdiyi üzrə məlum olur ki, göndərmiş olduğu məktub xx.xx.2025-ci il tarixlidir. Poçt vasitəsilə həmin məktubun onlara göndərilməsi göndərildiyini və həmin məktubun ona gəlib çatmasının təxminən 10 gündən daha uzun müddət çəkəcəyini nəzərə aldıqda (hərçənd ki bugünki günə qədər sözügedən məktub daxil olmamışdır), 7 iş gününü ötürməyi əlaqədar xx.xx.2025-ci il tarixli bildiriş göndərilməsi elə inzibati orqanın hansı formada işləməsini göstərən nüansdır. Məlumdur ki, məktubun T.Yusifova təqdim edilməməsi səbəbilə bugünkü günədək həmin məktubla tanış ola bilməmişdir. Buna baxmayaraq, ətraflı izahat tərtib edərək X6 göndərmişdilər. Hətta xx.xx.2025-ci il tarixli bildiriş onlara ünvanlandıqdan sonra ərizə ilə müraciət edilərək sözügedən xx.xx.2025-ci il tarixli məktubun T.Yusifova və ya "xxxx" MMC-yə təqdim edilməsini xahiş etmişdir. Lakin həmin məktub yenə də təqdim edilməmişdir. (Sözügedən məktubun T.Yusifova və ya "xxxx" MMC-yə çatdırılmasını təsdiqləyəcək hər nansı sənəd də təqdim edilməmişdir.) Beləliklə, X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən hətta tələb edilməsinə baxmayaraq heç vaxt "xxxx" MMC-ə təqdim edilməmiş xx.xx.2025-ci il tarixli məktub üzrə tələblərin yerinə yetirilmədiyinə görə xx.xx.2025-ci il tarixli, ******* saylı protokol tərtib edilməsi tamamilə absurd olmaqla yanaşı, qanunsuzdur. İnzibati orqanın T.Yusifova və ya "xxxx" MMC-yə edilmiş bütün müraciətlərin hamısı lazımi qaydada cavablandırılmışdır, lakin orqan onun cavablarını, izahatlarını və təqdim etmiş olduqları sənədləri görməzdən gələrək daşıdığı yeganə məqsədə - əsaslıəsassız cərimə tətbiq etmək məqsədinə xidmət edən protokol tərtib edərək qərar qəbul etmişdir. Əgər həqiqətən xx.xx.2025-ci il tarixində inzibati orqan X4 məktub ünvanlamışdırsa, nəyə görə ondan sonra ünvanlanan bir neçə məktubda xx.xx.2025-ci il tarixli məktubun X4 çatmasını sübut edən hər hansı sənədi əlavə etməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, inzibati orqanın çatmasına dair poçt qəbzini və ya digər sənədi təqdim etməməsinin yeganə səbəbi, elə bir sənədin mövcud olmamasıdır, çünki ümumiyyətlə, inzibati orqan tərəfindən onlara xx.xx.2025-ci il tarixli məktub ünvanlanmamışdır. Həmçinin, nəyə görə xx.xx.2025-ci il tarixində və ondan sonrakı tarixlərdə inzibati orqana ünvanlamış olduqları izahatlara heç bir münasibət və reaksiya bildirməmişdir. Əgər tərəfindən təqdim edilən izahatların, həmin izahatda qeyd olunanlar və qoşma kimi əlavə olunan sənədlərin heç bir əhəmiyyəti yoxdursa, onsuzda haqsız yerə, heç bir əsaslandırma etmədən cərimə tətbiq edilirsə, nəyə görə inzibati orqan onlara müraciət edərək izahat tələb edir. Görünür ki, inzibati orqan hər hansı sübuta və sənədə əsaslanmaq ehtiyacı belə hiss etmədən, sadəcə öz subyektiv fikirlərinə və ehtimal olunur ki, daxili inamına əsasən hüquqi şəxsi və onun vəzifəli şəxsini cərimələmişdir. xx.xx.2025ci il tarixli izahatında da qeyd etdiyi kimi işçi Orxan Hüseynovun şikayətində qeyd etdiyi iş vaxtından kənar işə cəlbetmə halları baş verməmişdir. Ümumiyyətlə, inzibati orqana sübut etmə yükü mövhumunu izah etmək ehtiyacını hiss edirik ki, əgər işçi iş vaxtından kənar işə cəlb edildiyini iddia edirsə, həmin iddiasını təsdiqləyəcək sübutları da təqdim etməlidir. Bunların heç biri olmadan inzibati orqana müraciət edir, inzibati orqan da heç bir sübut tələb etmədən icraatına götürür və şəxsləri cərimələmək fürsətini əldən vennəmək üçün reallıq nə olursa olsun, protokol tərtib edərək inzibati cərimənin tətbiq edilməsinə dair qərar qəbul edir. Əslində, bu təəccübləndirici hal deyil, çünki əgər inzibati orqan özü sübutetmə yükünün nə olduğunu bilsəydi, öz iddiasını sübut etmək öhdəliyinin də mövcud olduğunu bilər və uyğun olaraq göndərmiş olduğu məktubun bizə hər hansısa tarixdə çatdığını sübut edəcək poçt qəbzini, həmçinin tərəfimizdən də heç bir izahatın təqdim edilməməsinə dair sübutu təqdim etməklə və ona əsaslanmaqla qərar qəbul edərdi. Necə ki, qeyd etdiyi bütün halları təsdiq edəcək sənədləri bu Şikayətə qoşma kimi əlavə edərək məhkəməyə təqdim edir. Bir nüansı da vurğulamağı zəruri hesab edirik ki, cavabdeh orqan mövcud olmayan, əslində törədilməyən bir əmələ görə həm hüquqi şəxsin özü, həm də onun qanuni təmsilçisi barədə protokol tərtib etmişdir. "xxxx" MMC barəsində qərar qəbul edilməsi üçün məhkəməyə göndərmişdir. Sözügedən 3(010)-3702/2025 sayh inzibati xəta işi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə geri qaytarılmışdır. Ən əsas odur ki, öz öhdəliklərini icra etməyən və qanunvericiliyin tələblərini pozan ötürən yox, əksinə işçinin özüdür. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş aktlardan görünür ki, işçi X10 xx.xx.2025-xx.xx.2025-ci il tarixləri aralığında iş yerində olmamış və əmək funksiyalanın icra etməmişdir. İş yerində olmamasına dair izahat təqdim etməsinin tələb edilməsinə dair xx.xx.2025-ci il tarixində işçiyə bildiriş göndərilmişdir. İzahat təqdim etməsi üçün işçiyə verilmiş müddətin ötməsi və işçinin də hər hansı izahat təqdim etməməsi halı da qanunvericiliyin səbəblərinə əsasən, aktlaşdırılaraq işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən, xitam verilməsinə dair işçiyə bildiriş və əlaqəli əmr göndərilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. xx.xx.2025-ci il tarixli, ******* N-li protokol əsasında qəbul edilən xx.xx.2025-ci il tarixli, ******* N-li qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbilə tərəfimizdən Gədəbəy Rayon Məhkəməsinə müraciət edilmişdir. Gədəbəy Rayon Məhkəməsi tərəfindən aidiyyətin düzgün — müəyyən edilməməsi səbəbilə geri qaytarılmışdır. X8 barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, ******* Mb-li protokol əsasında qəbul edilən xx.xx.2025-ci il tarixli, ******* N-li qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron məhkəmə sistemində yerləşdirilmiş etiraz ərizəsində, məhkəməin icraatında olan 3(010)-5147/2025 saylı işin bəzi nüansları məhkəmənin nəzərin çatdıraraq, bildirmişdir ki, belə ki, məhkəmə qərarının preyudisiallığı nöqteyi nəzərindən bildiririk ki, eyni inzibati xəta əməlinə görə Tağı Yusifovun direktoru olduğu "xxxx" MMC barəsində də inzibati tənbeh tədbirinin tətbiq edilməsi tələbilə inzibati orqan tərəfindən məhkəməyə müraciət edilmişdir. əmin iş üzrə qəbul edilmiş 3(010)-3702/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadda da qeyd olunmuşdur ki, “Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, protokol tərtib etmiş səlahiyyətli orqan məhkəməyə yalnız protokolu göndərməklə kifayətlənmiş, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək sənədlər isə məhkəməyə təqdim edilməmişdir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta» haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, sürətini məhkəməyə göndərməklə kifayətlənmişdir. ” Həmçinin, inzibati orqan tərəfindən Tağı Yusifova məktubların göndərildiyini və çatdırıldığını iddia etsələr də, həmin faktları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdilər. Bu ərizənin qoşmasında məhkəməyə ƏMAS elektron sistemindən çıxarışlar da təqdim olunur ki, həmin “gələn məktublar” və “bildirişlər” hissəsindən olan ekran görüntülərində inzibati orqan tərəfindən müvafiq tarixlərdə Tağı Yusifova heç bir müraciətin göndərilmədiyi tam aydın şəkildə görünür. Həmçinin, Tağı Yusifova kağız daşıyıcıda məktub və ya bildirişin çatdırılıb-çatdırılmadığını müəyyənləşdirmək üçün tərəfimizdən "xxxx" MMC-ə sorğu da ünvanlanmışdır. Göründüyü kimi, inzibati orqan törədildiyini iddia etdiyi inzibati xəta əməlini heç bir təsdiqedici sübuta, sənədə əsaslanmadan, sadəcə şablon və formal olaraq (eynilə "Nafa Catering” MMC-də olduğu kimi) inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Bu səbəblə, X3 Bakı Şəhər İdarəsi tərəfindən X8 barəsində qəbul edilmiş qəbul edilmiş xx.xx.2025- ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsinə dair qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə, öz izahatında bildirmişdir ki, həmin protokoldan verilmiş şikayəti qəbul etmir Söhbət protokoldan gedir. Bu maddənin dispozisiyasına əsasən məlumat verməməyə görə şəxs məsuliyyətə cəlb olunur. Araşdırma aparırıq, araşdırma, Əmək Məcəlləsinin 15-ci maddənin 2-ci hissəsinə görə uyğundur. Vətəndaş müraciət edir. Qanunu rəhbər tutaraq, tətbiq eləmişik, ona görə ki, 02 avqust tarixli sorğu həm Azərpoçt vasitəsi ilə, həm elektron ünvanına göndərilib. 13 avqust tarixli izahat göndəriblər. Asis var onlarda. Apellyasiya məhkəməsinin mövqeyi var, Asis qəbul olunur. Nazirliyin gov.az saytı gedir. Bu səbəbdən də bildirdiyim ki, 02 avqust tarixli sorğusunda sənəd istənilir, əmək müqaviləsinin surəti əgər kağız daşıyıcıda varsa. Azərpoçtun reyestrin növbəti iclas təqdim edə bilərəm. Sənəd təqdim edilməyib, icraata başlanılıb. Dəvət də asislə göndərilir. İşi aparan müfəttiş Nübar Cəbrayılovadır, danışdım, təqdim olunub, amma çox gec. Qərar verilib 8 sentyabr, 13 oktyabr verilib sənəd. Ola bilər, 6-cı gün növbə günü olub, o vaxt göndərib. Bizdə 5 günlük iş günüdür. Azərpoçtlada göndərilib, asislə də. - Asis, şirkətin yəni elektron kabinetə yerləşdirilib. Rəsmi məktub, sifarişli poçta dair reyestri təqdim edir. Sözü gedən şirkətə həmin o sorğu məktubundan sonra, izahat olub, məhkəməyə təqdim edir. Protokola dəvət məktubun almasına dair məktubu da təqdim edir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin T.Yusifov barəsində tərtib etdiyi xx.xx.2025- ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, ona 1000 (bir min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2025- ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, X4 1000 (bir min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, şəxs inzibati xəta törədilməsi razılaşmamış, kifayət qədər araşdırılmış sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. X1 hazırki qərarla razılaşmamış, bildirmişdir ki , inzibati icraat zamanı bir sıra prosessual pozuntuya yol verilmişdir. Şikayətçinin nümayəndəsi bildirir ki, X3 Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş "xxxx" MMC-ə daxil olmuşdur. Həmin bildirişdə xx.xx.2025-ci il tarixində T.Yusifova məktub ünvanlandığı qeyd edilmişdir. Qeyd olunan məktub heç bir formada T.Yusifova və ya "xxxx" MMC-yə təqdim edilməmişdir. İdarə tərəfindən də heç bir zaman həmin məktubun T.Yusifova və ya "xxxx" MMC-yə təqdim edilməsini sübut edəcək heç bir sənəd (poçt qəbzi və sair) təqdim edilməmişdir. Həmçinin, bildirişdə sözügedən məktuba T.Yusifova və ya "xxxx" MMC 7 iş günü ərzində münasibət bildirilmədiyi üçün T.Yusifova və ya "xxxx" MMC-yə inzibati xəta barədə protokol tərtib ediləcəyi qeyd edilmişdir. Qeyd edək ki, işçi X5 özü tərəfindən MMC-yə şifahi şəkildə şikayət etməsi barədə məlumat verilmişdir. Ondan sonra qabaqlayıcı tədbir kimi tərəfindən hər hansı qanun pozuntusunun törədilmədiyini qeyd etmək məqsədilə X9 Xidmətinin Bakı Şəhər İdarəsinə xx.xx.2025-ci il tarixində izahat ünvanlanmışdır. Həmin müraciət 3-17-5/1-49457/2025 sənəd nömrəsi ilə qeydiyyata alınmışdır. İzahat və izahatın göndəri İm əsinə dair poçt qəbzi bu Şikayətin qoşmasında təqdim edilir. (Qeyd: Poçt qəbzinin yazılması zamanı texniki yanlışlığa yol verilmiş: göndərən şəxs hissəsinə Nafa Catering MMC əvəzinə, Seaport Catering MMC qeyd edilmişdir.) Həmçinin bildirir ki, inzibati orqanın qeyd etdiyi üzrə məlum olur ki, göndərmiş olduğu məktub xx.xx.2025-ci il tarixlidir. Poçt vasitəsilə həmin məktubun onlara göndərilməsi göndərildiyini və həmin məktubun ona gəlib çatmasının təxminən 10 gündən daha uzun müddət çəkəcəyini nəzərə aldıqda (hərçənd ki bugünki günə qədər sözügedən məktub daxil olmamışdır), 7 iş gününü ötürməyi əlaqədar xx.xx.2025-ci il tarixli bildiriş göndərilməsi elə inzibati orqanın hansı formada işləməsini göstərən nüansdır. Məlumdur ki, məktubun T.Yusifova təqdim edilməməsi səbəbilə bugünkü günədək həmin məktubla tanış ola bilməmişdir. Buna baxmayaraq, ətraflı izahat tərtib edərək X6 göndərmişdilər. Hətta xx.xx.2025-ci il tarixli bildiriş onlara ünvanlandıqdan sonra ərizə ilə müraciət edilərək sözügedən xx.xx.2025-ci il tarixli məktubun T.Yusifova və ya "xxxx" MMC-yə təqdim edilməsini xahiş etmişdir. Lakin həmin məktub yenə də təqdim edilməmişdir. (Sözügedən məktubun T.Yusifova və ya "xxxx" MMC-yə çatdırılmasını təsdiqləyəcək hər nansı sənəd də təqdim edilməmişdir.) Beləliklə, X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən hətta tələb edilməsinə baxmayaraq heç vaxt "xxxx" MMC-ə təqdim edilməmiş xx.xx.2025-ci il tarixli məktub üzrə tələblərin yerinə yetirilmədiyinə görə xx.xx.2025-ci il tarixli, ******* saylı protokol tərtib edilməsi tamamilə absurd olmaqla yanaşı, qanunsuzdur. İnzibati orqanın T.Yusifova və ya "xxxx" MMC-yə edilmiş bütün müraciətlərin hamısı lazımi qaydada cavablandırılmışdır, lakin orqan onun cavablarını, izahatlarını və təqdim etmiş olduqları sənədləri görməzdən gələrək daşıdığı yeganə məqsədə - əsaslı-əsassız cərimə tətbiq etmək məqsədinə xidmət edən protokol tərtib edərək qərar qəbul etmişdir. Əgər həqiqətən xx.xx.2025-ci il tarixində inzibati orqan tərəfimizə məktub ünvanlamışdırsa, nəyə görə ondan sonra ünvanlanan bir neçə məktubda xx.xx.2025-ci il tarixli məktubun tərəfimizə çatmasım sübut edən hər hansı sənədi əlavə etməmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, inzibati orqanın çatmasına dair poçt qəbzini və ya digər sənədi təqdim etməməsinin yeganə səbəbi, elə bir sənədin mövcud olmamasıdır, çünki ümumiyyətlə, inzibati orqan tərəfindən onlara xx.xx.2025-ci il tarixli məktub ünvanlanmamışdır. Həmçinin, nəyə görə xx.xx.2025-ci il tarixində və ondan sonrakı tarixlərdə inzibati orqana ünvanlamış olduqları izahatlara heç bir münasibət və reaksiya bildirməmişdir. İnzibati orqan tərəfindən Tağı Yusifova məktubların göndərildiyini və çatdırıldığını iddia etsə də, həmin faktları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu ərizənin qoşmasında məhkəməyə ƏMAS elektron sistemindən çıxarışlar da təqdim olunur ki, həmin “gələn məktublar” və “bildirişlər” hissəsindən olan ekran görüntülərində inzibati orqan tərəfindən müvafiq tarixlərdə Tağı Yusifova heç bir müraciətin göndərilmədiyi tam aydın şəkildə görünür. Həmçinin, Tağı Yusifova kağız daşıyıcıda məktub və ya bildirişin çatdırılıb-çatdırılmadığını müəyyənləşdirmək üçün T.Yusifov tərəfindən "xxxx" MMC-ə sorğu da ünvanlanmışdır. Göründüyü kimi, inzibati orqan törədildiyini iddia etdiyi inzibati xəta əməlini heç bir təsdiqedici sübuta, sənədə əsaslanmadan, sadəcə şablon və formal olaraq (eynilə "Nafa Catering” MMC-də olduğu kimi) inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Bu səbəblə, X3 Bakı Şəhər İdarəsi tərəfindən X8 barəsində qəbul edilmiş qəbul edilmiş xx.xx.2025- ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsinə dair qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin məhkəmənin iclasında tərəflərlə birlikdə X2 şəxsi elektron kabinetinə baxış keçirilərək bildirişlər bölümündə, məktublar bölümündə inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə məktubun göndərilməsi barədə hər hansı qeyd göstərilməmişdir. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin hazırki haldaki kimi razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş qərar əsasında, səlahiyyətli orqan əməlin şəxs tərəfindən törədilibtörədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM- nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib- törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı və qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanın aradan qaldırıb, barəsində qərar tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə həmçinin hesab edir ki, hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmiş, inzibati qərar qəbul edilmədən əvvəl işin faktiki halları müəyyən edilməmişdir. Həmin uyğunsuzluqların və X8 tərəfindən inzibati xətanın törədilibtörədilməməsinə, təqsirinin olmasına dair şübhələrin aradan qaldırılmasının təmin olunması məqsədi ilə həmin inzibati materialın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsində əlavə araşdırılması zəruridir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025- ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025- ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər onun iştirakı ilə ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, xx.xx.2025- ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025- ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinə qaytarılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar