Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5165/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Fizuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Boru təmir zavodu, nömrəsiz evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 01 noyabr 2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs X3 avtomobilini əzərək xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 01 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 09:13də Ələkbər Uber taksi şirkəti vasitəsi ilə taksi sifariş vermiş və həmin vaxt sifariş əsasında “Honda” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın yaşadıqları məhəlləyə gəlmişdir. Taksiyə əyləşən zaman sürücünün qadın olduğunu görmüşdür. Taksi ilə məhəllədən çıxmaq istədikdə qonşuluqda yaşayan X1 idarə etdiyi avtomaşınla məhəlləyə gəlmişdir. Səhliman məhəlləyə girmək üçün adım sonradan bildiyi taksi sürücüsü Sevda xanıma işıqla işarə vermişdir ki, ona yol versin. Bu vaxtı Sevdaya irəliyə doğru gedib oradan dönüb qayıtmasını, həmdə Səhlimana məhləyə girməyə yol verməsini bildirmişdir. Sevda heç bir söz demədən irəliyə gedib gen yerdə dönmüş, məhəllədən çıxan vaxtı girişdə cala olduğu üçün Səhlimanm həmən yeri sakit şəkildə keçdiyini gördükdə Sevda əl hərəkəti ilə jest edərək Səhlimanm ünvanına söyüş söyüb tez keçməsini bildirmişdir. Bu hərəkəti və eləcə də aqressiv şəkildə Səhlimana baxaraq ona xoş söz demədiyini Səhliman görmüşdür. Sevda məhəllədən çıxıb əsas yola daxil olduqda qarşıdan gələn avtomaşınlara əhəmiyyət verməyib qarşı yola çıxaraq qəza şəraiti yaratmışdır. Bundan qorxduğu üçün eləcə də sürücü qadın olduğundan ona etibar etmədiyindən ona öz iradını bildirdikdə Sevda cavab verməmişdir. Daha sonra bir tərəfli yolda yenidən qarşı yola çıxaraq ötmə əməlyatı edərək yenidən qəza şəraitini yatardığım gördükdə onunla sağ və salamat şəkildə bazara qədər gedə bilməyəcəyini başa düşdüyüm üçün avtomaşını saxlamasını tələb etmişdir. Bu vaxtı Sevda aqressiv şəkildə ona maşın sürməyi örgətməməsini, 25 ildi avtomaşın idarə etdiyini deyib yola davam etmişdir. Suraxanı rayonu, Mağaza küçəsinin girişində Səhlimanın idarə etdiyi avtomaşınla bizim qarşımızda dayanmış olduğunu gördükdə yolu Səhlimanla davam edəcəyini düşündüyü üçün avtomaşını saxlamasım bildirmişdir. Sevda avtomaşını saxlamış və ondan pul tələb etməyə başlaqda cəmi 1km yol getdiyini, avtomaşını təhlükəli sürdüyü üçün və mənzil başına catırmadığı üçün pul verməyəcəyini dedikdə Sevda avtomaşının qapılarım bağlamış və polisə aparacağını dedikdə heç bir problemin olmadığım, polisə qarşıdan daha kəsə yolla gedə biləcəklərini, işə tələsdiyini dedikdə o, yenidən hərəkətə başlamışdır. Kəsə yola daxil olmadan Mağa küçəsinin sonuna gəlib çatdıqda avtomaşını saxlayıb yenidən pul tələb etdikdə ona bir daha pul verməyəcəyini dedikdə Sevda küçə söyüşləri ilə onu söyməyə başlamışdır. Bu vaxtı arxa oturacaqda əyləşən Sadayla Ələkbər avtomaşından düşmüşlər. Qapım aca bilmədiyini eləcə də Sevdanın dayanmadan onu söydüyünü gördükdə əsəbləşmişdir. Sevda rəhmətə getmiş atasının ünvanına söyüş söydükdə ona bir daha belə söyüş işlətməməsini bildirmişdir. Bu vaxtı avtomaşının qapısı açılmış və o, avtomaşından düşmüşdür. Sevda yenidən atasının ünvanına söyüş söydükdə hərəkətlərinə hakim ola bilməyib təpiklə Sevdanın idarə etdiyi Honda markalı **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ arxa qanadına bir dəfə zərbə vurmuşdur. O, Saday və Ələkbər bu vaxtı oraya gələn Səhlimanın avtomaşınına əyləşib oradan bazara getmişlər. Sonda o, törətmiş olduğu əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs X5 və protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materialında olan Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Namiq Məmmədovun HK-1558 №li material üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 1.Məmmədov küçəsi ev 17, mənzil 38-də yaşayan X5 xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:15-də taksi kimi idarə etdiyi avtomaşına müştəri qismində əyləşmiş naməlum şəxs Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Mağaza küçəsində avtomaşından düşərək onu söyüb təhqir edib avtomaşının sağ arxa qanadına təpiklə vurmaqla ona 300 manat dəyərində maddi ziyan yetirmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, “Honda” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol arxa qanadına təpiklə vuraraq avtomaşının qanadını əzmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərar barədə maraqlı tərəfə məlumat verilməsi və toplanmış material Suraxanı RPİ-nin 31-ci PŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Material üzrə izahatı alınmış vətəndaş X5 izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur, etibarnamə əsasında Honda markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edir. xx.xx.2023-cü il tarixdə saat 09:13-də istifadə etdiyi 050- ***-**-** saylı nömrəyə Uber taksi şirkəti vasitəsi ilə ***-***-**-** saylı nömrədən gələn sifariş əsasında Suraxanı qəsəbəsi 2-ci Mədən deyilən yerdən 3 nəfər tanımadığı şəxsi götürmüş, sifariş qeyd olunan ünvandan Babək prospektində yerləşən “Maşın Bazarına” olduğu üçün götürdüyü ünvandan çıxıb yola daxil olmaq istədikdə həmin vaxtı markasım bilmədiyi qara rəngli dövlət qeydiyyat nişanın tam olaraq bilmədiyi son rəqəmləri 810 olan avtomaşının oraya gəldiyini görmüşdür. Qeyd etdiyi avtomaşının gəldiyini gördükdə idarə etdiyi avtomaşına sərnişin qismində əyləşən şəxslər avtomaşını saxlamasım bildirmişlər. Sərnişinlərin vizual görüntülərindən eləcə də Mədən deyilən yerin kriminal yer olduğunu bildiyindən, taksi kimi onu çağırdıqları halda o, gələn anda bir başqa avtomaşının oraya gəlməsi onda şübhələr və qorxu yaratdığı Mədən deyilən yerdən çıxmamış avtomaşını saxlamayacağını deyib yoluna davam etmişdir. Bu vaxtı sərnişinlərlə onun arasında sözlü mübahisə yaranmış, Suraxanı qəsəbəsi, Mağaza küçəsinə çatdıqda 810 dövlət qeydiyyat nişanlı avtomaşın qarşısında dayanmış, avtomaşınında olan sərnişinlər düşmüşlər, onlardan biri adını bilmədiyi şəxs onu küçə söyüşləri ilə söyüb təpiklə avtomaşının sağ arxa qanadına vuraraq avtomaşına 300 manat dəyərində maddi ziyan yetirib 810 markalı avtomaşına əyləşib oradan getmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri işdə olan digər sübutlarla sübuta yetirilir və o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 300 (üç yüz) manat cərimə olunsun. Qərarın icrası Bakı şəhəri Suraxanı rayonu üzrə İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5165/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5165/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver