Məhkəmə qərarları › İş №3(010)-5167/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5167/2022

15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5167/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 iştirakı ilə, X5, 31 mart 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2J8N0S6, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X4 qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 07 oktyabr 2022-ci il tarixdə X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X4 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı qərarı ilə X9 60 manat məbləğində inzibati cərimə olunmuşdur. 05 noyabr 2022-ci il tarixdə X5 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X4 qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X9 göstərdi ki, “Toyota RAV-4” minik markalı, “**-KM-***” dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yolayrıcı keçmə qaydalarının pozulması) törədildiyi bildirilmişdir. Qeyd edilən qərar rəsmi olaraq ona 28 oktyabr 2022-ci il tarixində təqdim edilmişdir. O, həmin elektron qərarla razı deyil. Belə ki, qərarda onun yolayrıcı keçmə qaydalarının pozulması qeyd edilmişdir. Halbuki, X14inin əməkdaşı tərəfindən saxlanılan zaman onun yolayrıcı keçmə qaydalarını pozmadığı bildirilmişdir. Eyni zamanda ona məxsus olan avtomobilə quraşdırılmış videoregistratorda çəkilmiş video Dövlət X13 əməkdaşına göstərilmişdir. Lakin, qeyd edilənlərə baxmayaraq barəsində protokol tərtib edilmişdir. Onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta (yolayrıcı keçmə qaydalarının pozulması) törədilməmişdir. Şikayətə əlavə etdiyi videogörüntüdən də göründüyü kimi, o, hərəkət etdiyi zolaqda, sağ tərəfdə yerləşdirilmiş svetoforun qadağanedici işığı yanmamışdan öncə, yəni svetoforun yaşil işığı yanan zaman svetoforu keçmişdir. Yəni onun tərəfindən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər pozulmamışdır. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 4-cü bəndi Qeyd edilən maddədə deyilirki svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat-vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Videogörüntüdən də göründüyü kimi, o, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş və yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə hərəkət etmişdir. Qanunun tələbindən də göründüyü kimi, o, svetoforun icazə işığı yanan zaman yol ayrıcına daxil olduqdan sonra yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulmuş istiqamətdə dayanmadan hərəkət etməli, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidir. Göründüyü kimi, o, yolayrıcına daxil olan zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 4cü bəndinin tələbinə tam riayət etmiş və inzibati xəta törətməmişdir. Qeyd edilən halları və faktları nəzərə alaraq hesab edir ki, barəsində qəbul edilmiş qərar tamamilə qanunsuzdur. X3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X4 qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirməmiş, bu barədə sübutlar təqdim etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X4 qəbul etdiyi 28 oktyabr 2022ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin İV bəndində qeyd edilmişdir ki, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş X6 məxsus “Toyota RAV-4” minik markalı, “**-KM-***” dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış videoregistratorla çəkilmiş video görüntülərindən görünür ki, X5 idarə etdiyi “Toyota RAV-4” minik markalı, “**-KM-***” dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcına svetoforun yaşıl işığında daxil olmuş və svetoforun yaşıl işığında hərəkətini davam etdirərək digər yola daxil olmuşdur. Bununla da işdə olan sübutladan təsdiq olunur ki, X9 idarə etdiyi “Toyota RAV-4” minik markalı, “**-KM-***” dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcına svetoforun yaşıl işığında daxil olmuş və svetoforun yaşıl işığında hərəkətini davam etdirmişdir. Lakin, X1 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi əsas gətirilərək, sonuncunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X7 formal mülahizələrə əsaslanmaqla qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X9 60 manat məbləğində inzibati cərimə olunmuş, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar edilərkən onun svetoforun qırmızı işığında deyil, yaşıl işığında keçməsi nəzərə alınmamış, əsassız olaraq cərimə edillmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X4 qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X5 şikayəti təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 60 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 polis mayoru X4 qəbul etdiyi 28 oktyabr 2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar