Məhkəmə qərarları › İş №3(010)-517/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-517/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-517/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Baş Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X2 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarla X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X2 X6 barədə qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardan X3 müraciəti 31 yanvar 2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. X1 30 yanvar 2025-ci il tarixdə ərizə-vəsatətlə müraciət edərək xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2024-cü il tarixdə almasını, buna görə də itirilmiş müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Müraciəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən müraciət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Belə ki, X7 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarından xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon məhkəməsinə şikayət verilmiş, Suraxanı Rayon məhkəməsinin 3(010)-3840/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan xx.xx.2024-cü il tarixdə X7 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2041/2024 saylı qərarına əsasən Suraxanı Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3840/2024 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: Azərbaycan Respublikası İXM-nin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; Azərbaycan Respublikası İXM-nin 138.1.2-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; Azərbaycan Respublikası İXM-nin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Belə olan halda hesab edirəm ki, X7 tərəfindən verilmiş Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarından xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon məhkəməsinə şikayət verilərək həmin şikayətə baxılmış, Suraxanı Rayon məhkəməsinin 3(010)- 3840/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis leytenantı X2 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, həmin qərardan xx.xx.2024-cü il tarixdə X7 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2041/2024 saylı qərarına əsasən Suraxanı Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(010)-3840/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarı elan olunduğu andan dərhal qüvvəyə mindiyindən və həmin qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilə bilməsi qanunvericilikdə nəzərdə tutulmadığından X3 məhkəməyə təkrar təqdim etdiyi 30 yanvar 2025-ci il tarixli müraciətinə baxılması mümkünsüzdür. Qeyd olunanlara əsasən hesab edirəm ki, X3 müraciəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 106, 109, 118, 122, 126-128, 138-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Baş Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X2 qəbul etdiyi 22 yanvar 2022-ci il tarixli, XP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və Suraxanı DYPŞ-nin tərtib etdiyi İXP ******* nömrəli inzibati xəta haqqında protokolun qanuni qüvvəsini alması barədə verdiyi müraciəti baxılmadan X4 geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar