Məhkəmə qərarları › İş №3(010)-5187/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5187/2024

11.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5187/2024 11.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx xxxxxxxx 1995-ci il tarixdə Masallı, Türkoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Hövsan qəsəbəsi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin polis sahə inspektoru, polis mayoru X8 izahat verərək şəxs barəsində şikayət ərizəsinin daxil olduğunu, Polis şöbəsinə dəvət edilən zaman müqavimət göstərməyə başladığını, nalayiq sözlər ifadə etdiyni, bu səbəbdən materialların toplanaraq, protokol tərtib edildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək, evdə dalaşdığını, siqaret çəkməyə çıxmış olduğunu, özünün aprel döyüşlərində olduğunu, yol gedərkən söyüş ifadə etdiyini, arxadan post-patrul əməkdaşlarının gəldiyini, onu aparanda müqavimət göstərdiyini, yolda tək gedərkən söyüş söydüyü üçün çox üzr istədiyini, məhkumluğu olmadığını bildirmişdir. X1 izahat verərək, şəxsi saxlayan zaman mülki geyimdə olduqlarını, yaxınlaşıb özlərini təqdim etdiklərini, onlara tabesizlik göstərildiyini, polis şöbəsinə getməkdən imtina etdiyini, səs-küy saldığını, nalayiq sözlər işlətdiyini, bununla da polisin iş rejimini pozduğunu , bu prosesin təxminən 1 saat çəkdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Hövsan qəsəbəsi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli AZA 022540 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin Baş təhqiqatçısı polis mayoru tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsində yerləşən “Ulduz market” ərzaq dükanının yaxınlığında saxlanılmış Şəxs saxlnıİdığı zaman üzərində narkotik vasitə kimi bildiyi “nəşə” olduğunu etiraf etməsi və polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq ünvansız nalayiq ifadələr işlətməsi səbəbindən barəsində qanuna müvafiq tədbir görülməsindən ötrü Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilməsi barədə raport tərtib edilmişdir. Daxil olmuş raport xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞdə cinayətlər haqqında ərizə və məlumatların uçotu kitabında HK-l-də 3518 sayla qeydiyyata alınaraq icraata daxil olmuşdur. Araşdırma zamanı Şəxs əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddəsinin əlamətləri olduğundan, onun barəsində həmin maddəyə müvafiq inzibati təsir tədbirləri görülməlidir. Odur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinin X6 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddəsinə müvafiq inzibati təsir tədbirləri görülməsindən ötrü bölmənin aidiyyəti əməkdaşına verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Suraxanı rayon prokurorluğuna və ərizəçiyə göndərilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddəsinə müvafiq inzibati təsir tədbirləri görülməsindən ötrü bölmənin aidiyyəti əməkdaşına verilməsi, toplanmış materialın saxlanması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin dəftərxanasına təhvil verilməsi qərar alınmışdır. 30-cu PŞ-nin məsul növbətçisi X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, 30-cu PŞ-də məsul növbətçi kimi xidmətdə olan zaman şöbəyə gətirilmiş Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmurdu və nalayiq söyüşlər söyürdü. Qeyri-adekvat hərəkətlər edərək polis şöbəsinin iş rejimini pozmuşdur. Dəfələrlə irad bildirilməsinə baxmayaraq, hərəkətlərinə davam etmişdir. Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşı ona yaxınlaşan zaman özlərini təqdim etdi. Onu 30-cu Polis Şöbəsinə dəvət etdikləri zaman polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətmişdir. Tutduğu əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2.-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1 və 32.1.2-ci maddələrinə əsasən, inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı vəinzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hallar hesab edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə küçədə söyüşləri söymüş, nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Rzazadə X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Rzazadə X2 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar