Məhkəmə qərarları › İş №3(010)-5189/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5189/2024

11.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5189/2024 11.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızı, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru Akif Ağayevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Soltanova (Seval) Fatimə Firudun qızının iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Sabirabad, Nizami kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sabirabad rayonu, Sabirabad Ə/D, Nizami kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binə qəsəbəsi ünvanında yaşayan Soltanova (Seval) Fatimə Firudun qızının barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Soltanova (Seval) Fatimə Firudun qızı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşı tərəfindən tutulmuş, tibbi müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə olunarkən sidiyində MET (+) aşkar edilmişdir. Bu barədə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin sahə inspektoru Akif Ağayev tərəfindən X5 İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin sahə inspektoru Akif Ağayevın izahat verərək şəxsin 10 noyabr tarixində Hövsan ərazisində şübhəli şəxs qismində saxlanıldığını, müayinə zamanı narkotik maddələr istifadə etdiyinin müəyyən olunduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Soltanova (Seval) Fatimə Firudun qızı izahat verərək patı istifadə etdiyini, əvvəl heç nə istifadə etmədiyini, qızının 5 yaşı olduğunu, məhkumluğunun olmadığını, ofisiant işlədiyini, dost-tanışla oturarkən ona təklif olunduğunu, kirayə qaldığı evin yiyəsinin uşağa baxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Soltanova (Seval) Fatimə Firudun qızı xx.xx.2024-cü il tarixdə Hövsan qəsəbəsində narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-ci il tarixli, AZA 022540 nömrəli protokoldan görünür ki, X8 xx.xx.2024-cü il tarixdə saat 01:00-da inzibati qaydada tutulmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin polis sahə inspketoru,polis mayoru Mahir Musayevin vətəndaş Şəxs Firudin qızı barəsində tərtib etdiyi raport əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş Şəxs Firudin qızının Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanması üçün Suraxanı RPİ-nin 30cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3682 nömrəli aktın surətindən görünür ki, X1 MET (+) aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X3 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 7235 nömrəli rəydən görünür ki, müayinə zamanı X7 psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda X7 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Şəxs Firudin qızı izahat verərək arabir narkotik vasitə kimi metamfetamini çəkmə yolu ilə istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən,hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. http://e-qanun.az/alpidata/code/data/0/c_c_13.htmMəhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Soltanova (Seval) Fatimə Firudun qızı qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Soltanova (Seval) Fatimə Firudun qızı fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X2 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Soltanova (Seval) Fatimə Firudun qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 225 (iki yüz iyirmi beş) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Soltanova (Seval) Fatimə Firudun qızı dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar