Məhkəmə qərarları › İş №3(010)-519/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-519/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-519/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X11 İmamverdi oğlunun sədrliyi Məhkəmə iclasının katibi X10 qızının katibliyi X1 iştirakı ilə, Barəsində qərar qəbul edilən şəxs X4 Xəzər rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 Xəzər rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan şikayət verərək, Xəzər rayon Polis İdarəsinin MN ******* №-İi, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 izahat verərək xahiş etmişdir ki, şikayət ərizəsində qeyd olunan əsaslar nəzərə alınaraq, Xəzər rayon Polis İdarəsinin MN ******* №-İi, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Səlahiyyətli orqan nümayəndəsi işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqan nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X5 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, 68 saylı binanın arxa hissəsindəki yaşıllıq sahədə DEEA-nin müsbət rəyi olmadan fəaliyyətin həyata keçirilməsi, ətraf mühitin mühafizəsi üzrə normaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə protokol tərtib olunmuş və X7 barəsində yerin təkindən istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını və təqdim etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, Xəzər Rayon Polis İdarəsinin Xəzər rayon Polis İdarəsinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə riayət edilmədən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar (yəni inzibati xətanın törədildiyi vaxt və yer, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın konkret nədən ibarət olması, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, protokolun surətinin ona təqdim edilib-edilməməsi, şəxsin törətdiyi inzibati pozuntunu etiraf edib-etməməsi, bununla bağlı izahat və ya hər hansı bir qeydinin olub-olmaması və s.hallar) göstərilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;100.1.6.olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X7 barəsində inzibati araşdırma aparılaraq inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmədə müəyyən olundu ki, X4 barəsində MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati qaydada protokol tərtib edilmiş şəxsin faktiki olaraq hansı tələbi pozması göstərilməmiş, faktiki olaraq protokola bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hər hansı yerin təkindən istifadə qaydalarını pozulmasına dair foto-şəkil təqdim edilməmişdir. Səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli fərmanınln 5.10cu bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin tətbiq edilməsi səlahiyyəti Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsusdur. Belə ki, həmin protokolun tərtib edilməsi Xəzər Rayon Polis İdarəsinin səlahiyyətlərinə aid deyildir və həmin protokolun tərtib edilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığına görə X4 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair Xəzər Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1 -ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilsin. X4 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş Xəzər Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar