Məhkəmə qərarları › İş №3(010)-52/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-52/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-52/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində X8 iş üzrə qərar çıxarılmış şəxs X4, onun vəkili X5, Azərbaycan Respublikasının X2 nümayəndəsi Möhbəliyeva Nigar Hidayət qızının iştirakı ilə, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikasının X2 0459368/1 saylı, xx.xx.2020-ci il tarixli qərarlarının ləğv edilməsi barədə X4 şikayətinə baxarkən, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikasının X2 0459368/1 saylı, xx.xx.2020-ci il tarixli qərarlarından şikayət verib. Məhkəmə iclasında iştirak edən barəsində X8 iş üzrə qərar çıxarılmış şəxs X6 izahatında göstərmişdir ki, Binəqədi rayonu, M.Dadaşov küçəsi 74 ünvanında icarəyə götürdüyü sahədə "Şaurma" kafesi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi böyük olmasa da, 2 mərtəbəlidir. Karantin dövründə işlədiyi zaman ölçülərə əsasən tətbiq edilmiş müştəri sayına və ara məsafəsinə daim riayət olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə kafeyə eyni vaxtda 4 müştəri daxil olaraq, 2-ci mərtəbəyə qalxdılar. Sonuncular özü tərəfindən 2 masada əyləşdirildilər və hər bir masaya menyü təqdim edildi. Bundan sonra o, birinci mərtəbəyə enmiş və müştərilərin seçim etməsini gözləmişdir. Bu zaman kafeyə X2 Bakı Regional bölməsinin əməkdaşları daxil oldu və 2-ci mərtəbəyə qalxdılar. O, da sonuncuların arxası ilə getmişdir. 2-ci mərtəbəyə qalxdıqdan sonra müştəriləri ayrı-ayrı masalarda əyləşdirməyinə baxmayaraq, onların bir masaya yığışdığını görmüşdür. Bundan sonra X2 Bakı Regional bölməsinin əməkdaşı fotoşəkil çəkmiş və protokol tərtib etmişdir. O, elə həmin zaman bu şəxsə hadisənin necə baş verdiyini və onun karantin qaydalarını pozmadığını bildirmişdir. Lakin tam təfsilatı ilə danışmağına baxmayaraq, bunlar protokolda qeyd edilməmişdir. Bundan sonra ona poçt vasitəsi ilə X2 Bakı Regional bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı daxil olub. Həmin qərara əsasən o, İXM-in 211.1-ci maddəsindən nəzərdə tutulmuş xətanı törətdiyi üçün 3000 manat cərimə edilmişdir. Şikayət etdiyi hər iki qərar əsassızdır. Belə ki, yuxarıda qeyd edilənlərdən məlum olur ki, o, qaydalara uyğun hərəkət etmişdir, əgər hər hansı bir karantin qaydası pozulmuşdursa bu müştərilər tərəfindən baş vermişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası X2 Bakı Regional bölməsinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli, Azərbaycan Respublikası X2 0459368/1 saylı, xx.xx.2020 tarixli qərarlarının ləğv edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində X8 iş üzrə qərar çıxarılmış şəxs X4 vəkili X7 Azərbaycan Respublikası X2 Bakı Regional bölməsinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli, Azərbaycan Respublikası X2 0459368/1 saylı, xx.xx.2020 tarixli qərarlarının ləğv edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X2 nümayəndəsi Möhbəliyeva Nigar Hidayət qızı izahat verərək bildirilmişdir ki, ərizəçi X4 Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikasının X2 0459368/1 saylı, xx.xx.2020-ci il tarixli qərarlarından verdiyi şikayətlərin heç bir əsası yoxdur. Belə ki, X6 epidemiya əleyhinə recimin, sanitariya gigiyena və karantin recimlərini pozmuşdur. Binəqədi rayonu, M.Dadaşov küçəsi 74 ünvanında ərizəçinin icarəyə götürdüyü sahədə "Şaurma" kafesi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsi 2 mərtəbəlidir. xx xxxxxxx 2020-ci il tarixdə o, Agentliyin digər əməkdaşı ilə kafeyə daxil olmuş, kafenini 2-ci mərtəbəsində icarəçi tərəfindən karantin qaydalarının pozulduğu, yəni 4 nəfər müştərinin eyni masada yerləşdirildiyi müəyyən olunmuşdur. Həmin vaxt ərizəçi X6 ümumiyyətlə kafedə olmamışdır. Onun tərəfindən kafenin kassirinə müraciət olunaraq, icarəçinin kafeyə dəvət olunması təklif olunmuş, lakin icarəçi olan hazırki iş üzrə ərizəçi kafeyə gəlməmişdir. Karantin qaydalarının pozulması faktı tərtib olnmuş akt və protokolla, həmçinin, çəkilmiş fotoşəkillərlə təsdiq olunmuşdur. Bununla da, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmək istəyir ki, Agentliyin nümayəndələri tərəfindən iaşə obyektinin vəzifəli şəxsi tərəfindən karantin qaydalarının pozulub-pozulmadığı araşırılır, bu zaman, öz növbəsində, vətəndaşlar tərəfindən də karantin qaydalarının pozulduğu müəyyən olunarsa, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də, öz növbəsində, bu pozuntunun da qarşısı alınmalıdır. Qeyd olunanlara əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsinə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə, ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X8 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2020-ci il tarixli, 237 №-li Qərarının 2-ci bəndində müəyyən olunmuşdur ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. İctimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur. İctimai iaşə obyektində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün operativ nəzarət üzrə məsul şəxs təyin edilməli və bu təyinat rəsmiləşdirilməlidir. Məsul şəxs koronavirusla (COVİD-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməli, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil etməlidir. Məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2020-ci il 4 may tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Koronavirus İnfeksiyasının (Covıd-19) Profilaktikası”na dair Metodiki Göstərişlərə əsasən, qida qəbulu zallarında otaqlarda, açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1mdən az olmamalıdır və masalar arası məsafələr 2m-dən az olmamalıdır. Qərarların məzmunlarından da görünür ki, qeyd olunan qaydaların riayət olunmasında ictimai iaşə obyektinin vəzifəli şəxsləri bilvasitə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X8 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, qanunvericilik X8 protokolu sübut növü kimi qəbul edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MN ******* saylı X8 Protokoldan isə görünür ki, xx.xx.2020-ci il tarixdə X1 recim qaydalarını pozmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göstərilən inzibati xətanın törədilməsi əlamətləri müəyən olunur. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli, Azərbaycan Respublikasının X2 0459368/1 saylı, xx.xx.2020-ci il tarixli qərarları qanuni və əsaslı olduğundan, X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərarlar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli və 0459368/1 saylı, xx.xx.2020-ci il tarixli qərarlarının ləğv edilməsi barədə X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının X2 Bakı Regional Bölməsinin MN ******* saylı, xx.xx.2020-ci il tarixli və 0459368/1 saylı, xx.xx.2020-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar