Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-520/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, X1 iştirakı ilə Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsi 17 yanvar 2025-ci ildə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilərək 1500 manat miqdarında cərimə etmişdir. X4 həmin qərardan məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən X4 izahatında bildirmişdir ki, Xəzər rayon Polis İdarəsinin MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı 1500 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın surəti ona xx.xx.2025-ci il tarixdə onun tələbi əsasında verilmişdir. Həmin qərar qanun normaları pozulmaqla qəbul olunduğu üçün ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 243.0-cı maddəsində göstərilir ki, yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni 243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilirlər. O, yerin təkindən istifadə qaydasını pozmamış, belə ki, daş, qum və neft çıxarma kimi fəaliyyətlə məşğul olmur, adi sürücüdür. Odur ki, yerin təkindən istifadə ilə əlaqədar işlərin, təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi standartlarını (normalarını, qaydalarını) poza da bilməzdir. O, yük maşınını idarə edən zaman Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, avtomobildə daş qırıntılarını aparmış, həmin daş qırıntılarını o, pul ilə almış, özü yerin təkindən çıxarmamış, bunun üçün o, nə texnikaya, nə də işçilərə və s. malik deyil. Həmin daş qırıntılarını isə məhəllədə yol palçıq olduğu, insanların gediş-gəlişi çətin olduğu üçün həmin yola tökülməsi üçün almış və aparıb məhəllədəki yola da tökmüşdür. Odur ki, hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinin tərkibi yoxdur. Bundan başqa inzibati xəta haqqında işə baxılan zaman o, dəvət edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi yer, yaşadığı ünvan, inzibati xətanın mahiyyəti, inzibati xətanın törədildiyi yer və digər zəruri məlumatlar göstərilməmişdir ki, bu da inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İXM-nin müddəalarına zidd olmasını və həmin protokol nəticəsində də qəbul edilmiş qərarın qanunsuz olmasını bir daha təsdiq edir. Göstərilənlərə əsasən Xəzər Rayon Polis İdarəsinin 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Xəzər Rayon Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.4-cü maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Xəzər Rayon Polisi İdarəsi nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, Xəzər Rayon Polisi İdarəsi nümayəndəsini məhkəməyə göndərməmiş, sübutlarını təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X2 əməlində hazırkı vəziyyətdə İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını deməyə əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXMnin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, X4 tərəfindən 17 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunaraq qərar ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şikayət təmin olunsun. Xəzər Rayon Polis İdarəsinin vəzifəli şəxsinin X2 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında cərimə edilməsinə dair 17 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-520/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-520/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver