Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-521/2020 12.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi x5 oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs x1 iştirakı ilə, x1, 19 noyabr 1956-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0TJY24D, evli, 3-cü qrup əlil, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 43A nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x3 tərəfindən qəbul edilmiş 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 03 aprel 2020-ci il tarixdə x1 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla N.S.Bəşirov Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. 31 may 2020-ci il tarixdə x1 Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x3 tərəfindən qəbul edilmiş 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs x4 şikayətini müdafiə edərək göstərdi ki, 03 aprel 2020-ci il tarixdə öz avtomobili ilə hərəkətdə olduğu zaman “20 Yanvar” dairəsi adlanan yerdə dövlət yol polisi əməkdaşı tərəfindən saxlanılaraq xəbərdarlıq adı ilə (polisin dediyinə görə qərarsız), barəsində 03 aprel 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 26 may 2020-ci il tarixdə telefonuna 100 manat cərimə olunması və dəbbə pulunun hesablamağa başlanılması barədə SMS gəlmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərarı ilə fiziki şəxslərin yaşayış yerini tərk etmələri qaydaları 05 aprel 2020-ci il saat 00:00-dan müəyyən edildiyi halda ona cərimə hansı əsasla (xəbərdarlıq adı ilə) yazıldığını başa düşə bilməmişdir (həmin vaxt maskada və əlcəkdə olmuşdur). Cərimə olunması barədə nə poçt vasitəsi, nə SMS, nə də şəxsən xəbərdar olunmamışdır. Buna görə də N.S.Bəşirov Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x3 tərəfindən qəbul edilmiş 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bakı şəhər Baş Polis İdarəsi Dövlət x9 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli, 120 saylı qərarının 1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılması qərara alınmışdır. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli, 124 saylı qərarının 1, 1.4, 1.4.1-1.4.3-cü bənlərinə əsasən bu qərarın 1.1, 1.2 və 1.3-cü bənlərində qeyd edilən şəxslərdən başqa bütün digər şəxslərin 05 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək ölkə ərazisində yaşayış yerini tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. 1.5.1. 1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 1.5.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir); 1.5.3. 3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün. Beləliklə, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 aprel 2020-ci il tarixli, 124 saylı qərarına əsasən ölkə ərazisində hərəkət məhdudiyyətləri və həmin Qərarın 1.4-cü bəndinə göstərilən şəxslərin yaşayış yerini tərk etməsi halları və qaydaları (yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərilməsi) 05 aprel 2020-ci il saat 00:00-dan müəyyən edildiyi halda, 03 aprel 2020-ci il tarixdə N.S.Bəşirovun barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarla N.S.Bəşirov Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Lakin, 03 aprel 2020-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsaslar olmadığı halda N.S.Bəşirovun barəsində İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x3 isə öz nöbəsində 15 aprel 2020-ci il tarixdə inzibati xəta haqqında işə baxarkən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmək əvəzinə, əsassız olaraq tərtib edilmiş 03 aprel 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında N.S.Bəşirovun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Göründüyü kimi x1 əməlində inzibati xəta tərkibi olmadığı halda onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, x1 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x3 tərəfindən qəbul edilmiş 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: x1 şikayəti təmin edilsin. x1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 100 manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi Dövlət x6 polis mayoru x2 15 aprel 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-521/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-521/2020
12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver