Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5220/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Şamaxı şossesi, ev 40, mənzil 82 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 03 noyabr 2022-ci il tarixli məktubu ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, təmsil etdiyi Şəxs Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı AZ1155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 1 ünvanda fəaliyyət göstərir. Başqa sözlə törədilməsi iddia edilən inzibati xəta da yalnız bu ünvanda törədilə bilərdi. Odur ki, işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş çıxarışda Şəxs Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı kimi “Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 3d edilib. Nümayəndənin bildirdiklərindən görünür ki, Qapalı Səhmdar Cəmiyyətinin faktik fəaliyyəti də məhz həmin ünvanda həyata keçirilir. Belə olan halda Şəxs Qapalı Səhmdar Cəmiyyətinə istinad olunan inzibati xəta yalnız həmin ünvanda törədilə bilərdi. Ona görə də inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində deyil, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən “inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-5220/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5220/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver