Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5223/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1nun iştirakı ilə, Barəsində qərar qəbul edilən şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2021-ci il tarixli qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2021-ci il tarixli qərardan şikayət verərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə “inzibati tənbeh edilməməsi haqqında” AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokolu və xx.xx.2021-ci il tarixli, MN-1118883 nömrəli qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 23 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2022-ci il tarixdə şöbənin icra məmurunun çağırışı əsasında rəsmi qaydada almışdır. Qərara əsasən o, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN- ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə və 900 manat dəbbə pulu ödəməlidir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional və Təbii Sərvətlər İdarəsi bu barədə ona heç bir məlumat verməmişdir. O, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinə müraciət edərək, barəsində qəbul edilmiş qərar və protokolu xx.xx.2022-ci il tarixdə rəsmi qaydada almışdır. Barəsində tərtib edilmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokolu və qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN-1118883 nömrəli qərarından narazıdır. Protokol və qəbul edilmiş qərarda göstərilən 243.0.1-ci maddəyə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə onu 1500 manat məbləğində cərimə etmişlər. O, özünü 243.0.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, Qala Zirə yolu istiqamətində Azvit şirkəti tərəfindən yol təmir edən zaman, tullantı torpaqlarını o, sürücü kimi idarə etdiyi **-RZ-*** dövlət qeydiyyat nişanlı, HOVA yük avtomaşını vasitəsi ilə bir yerə toplayırdı. xx.xx.2019- cu il tarixdə topladığı tullantı torpağını Türkan qəsəbəsində təmir olunan yola apararkən tanımadığı şəxs ona yaxınlaşaraq “bu torpağı daşıdığına görə səni cərimə edəcəyəm” deyə bildirdi. O, tanımadığı yoldaşa “vaxtı ilə həmin tullantı torpağını Qala Zirə yolunun təmin ediləndə yığımışıq, indi də Türkan yoluna aparırıq” deyə söyləmişdir. O, ona heç nə demədən, idarə etdiyi avtomaşının dövlət nömrə nişanların şəkilini çəkərək, ərazini tərk etmişdi.O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsini pozmamışdır. Özünün topladığı tullantı torpağının bir yerdən digər yerə daşıyırdı. Eyni zamanda qanunun İnzibati Xətalar Məcəlləsinin maddə tələblərini pozaraq, xx.xx.2019-cu il tarixdə görülmüş işin, qanunsuz xx.xx.2021 -ci il tarixdə protokol tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Tərtib edilmiş protokol və qərar qanunsuz qəbul edildiyi üçün, ləğv edilməlidir. Bu səbəbdən hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə “inzibati tənbeh edilməm haqqında” AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional və Təbii Sərvətlər İdarəsinin tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokolu və xx.xx.2021-ci il tarixli, MN-1118883 nömrəli qərarı ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini, dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin olunmamalıdır. İş materiallarında olan 09 iyul 2022-ci il tarixli MN seriyalı, 18883 nömrəli “inzibati tənbeh vermə haqqında qərar"ın surətindən göründüyü kimi, X3 barəsində Azərbaycan Respublikası İXM-in 243.0.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Həmin Məcəllənin İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin İXM-in 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində növbəti reyd zamanı Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Zirə yolunun sol tərəfi, yerüstü keçidin yaxınlığında mövcud olan tərpədən qanunsuz toroaq daşıması faktı müəyyən edilməmişdir. Dövlət nömrə nişanı 10-J-747 olan HYUNDAİ markalı ekskavator tipli avtomaşın ərazidə qarışıq süxuru qanunsuz olaraq götürərək dövlət nömrə nişanları **- KR-***, **-RZ-***, **-JO-*** olan HOWO markalı yük avtomobillərinə dolduraraqbdaşındığı markalı yük avtomobillərinə dolduraraq daşındığı müəyyən edilmişdir. Maşının sürücüsü hər hansı bir sənəd təqdim etməmiş, 07 iyul 2021-ci il tarixdə saat 11:10 radələrində vətəndaş X2 idarə etdiyi “KAMAZ” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Pirallahı rayonu Dübəndi ərazisində Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən onun həmin avtomobili idarə etmək hüququ olmamış, ona etibarnamə verilməmiş, daşıdığı suvaq qumu adlı yükə aid qaiməsi də olmamış, sonradan isə o, polis əməkdaşlarına və məhkəməyə daşıdığı yükə dair müxtəlif məzmunlu üç qaimə təqdim etmişdir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, X2 Azərbaycan Respublikası İXM-in 234.0.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 09 iyul 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-in 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı xx.xx.2021-ci il tarixli qərardan verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5223/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5223/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver