Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5227/2022 15.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-cu Polis bölməsinin sahə rəisi Bərzu Həşimovun, Şəxs - xx.xx.1966-cı Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində və 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və İXM 454-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında Bakı şəhəri Suraxanı RPİnin 32-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin sahə rəisi Bərzu Həşimov izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixində AR.DİN-nin ƏÇPA-nın 7-ci PB-nin əməkdaşları ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1966-cı il təvəllüdlü, Əliyev Şəxs Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində küçədə Məscidin yaxınlığında qanunsuz küçə alveri ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Vətəndaş Şəxs barəsində AR.İXM-nin 454-cü maddəsilə MN-1386820 nömrəli inzibati protokol tərtib olunaraq 80 AZN inzibati cərimə olunmuşdur. Eyni zamanda bildirir ki, vətəndaş Şəxs barəsində 2022-ci ilin fevral ayı ərzində AR.İXM-nin 454-cü maddəsilə xx.xx.2022-ci il tarixində sahə inspektoru polis leytenantı Rahib Əsədov MN-1089548, xx.xx.2022-ci il tarixində sahə rəisi polis mayoru Bərzu Həşimov MN-1088883, xx.xx.2022-ci il tarixində sahə inspektoru polis leytenantı Rahib Əsədov MN-1007788, xx.xx.2022-ci il tarixində sahə inspektoru polis mayoru Rəşad Əliyev MN-1007789 nömrəli protokollar tərtib olunmuş və bu günə qədər tətbiq olunmuş cərimələr vətəndaş Şəxs tərəfindən ödənilməmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, artıq küçə ticarəti ilə məşğul deyildir. Belə ki, özünə yeni iş tapmışdır. Bundan sonra da küçə ticarəti ilə də məşğul olmayacaqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, dəfələrlə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati protokol tərtib edilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə təkrar-təkrar küçə alveri ilə məşğul olaraq polisin qanuni tələblərinə olmamışdır. Bununla bağlı olaraq, barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixində Əliyev X1 rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Bununla bağlı olaraq, barəsində İXM-in 454-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli raporta əsasən, xx.xx.2022-ci il tarixində AR.DİN-nin ƏÇPA-nın 7-ci PB-nin əməkdaşları ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1966-cı il təvəllüdlü, Əliyev Şəxs Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində küçədə Məscidin yaxınlığında qanunsuz küçə alveri ilə məşğul olması barədə raport icraata daxil olmuşdur. Həmin raportla əlaqədar vətəndaş Şəxs barəsində AR.İXM-nin 454-cü maddəsilə MN-1386820 nömrəli inzibati protokol tərtib olunaraq 80 AZN inzibati cərimə olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Şəxs barəsində 2022-ci ilin fevral ayı ərzində AR.İXM-nin 454-cü maddəsi ilə xx.xx.2022-ci il tarixində sahə inspektoru polis leytenantı Rahib Əsədov MN-1089548, xx.xx.2022-ci il tarixində sahə rəisi polis mayoru Bərzu Həşimov MN-1088883, xx.xx.2022-ci il tarixində sahə inspektoru polis leytenantı Rahib Əsədov MN-1007788, xx.xx.2022-ci il tarixində sahə inspektoru polis mayoru Rəşad Əliyev MN-1007789 nömrəli protokollar tərtib olunmuş və bu günə qədər tətbiq olunmuş cərimələr vətəndaş Şəxs tərəfindən ödənilməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq vətəndaş X2 polisin qanuni tələblərinə tabe olmayaraq təkrarən eyni yerdə qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə barəsində tədbir görülməsi barədə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində 2022-ci ilin fevral ayı ərzində AR.İXM-nin 454-cü maddəsilə xx.xx.2022-ci il tarixində sahə inspektoru polis leytenantı Rahib Əsədov MN-1089548, xx.xx.2022-ci il tarixində sahə rəisi polis mayoru Bərzu Həşimov MN-1088883, xx.xx.2022-ci il tarixində sahə inspektoru polis leytenantı Rahib Əsədov MN-1007788, xx.xx.2022-ci il tarixində sahə inspektoru polis mayoru Rəşad Əliyev MN-1007789 nömrəli protokollar tərtib olunmuş və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi tərəfindən verilmiş raporta əsasən müəyyən edilmiş, həmin protokollara uyğun olaraq tətboiq edilmiş cərimələr vətəndaş Şəxs tərəfindən ödənilməməsi qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, polis orqanı Şəxs barəsində tərtib edilmiş qanunsuz ticarətlə məşğul olması ilə bağlı çoxsaylı protokollar, protokollar üzrə təyin edilmiş cərimələrin Şəxs tərəfindən ödənilməməsini yanlış olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi tövsif etmişdir. Halbuki, həmin maddənin dizpozisyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyət təkrar qanunsuz küçə ticarəti ilə məşğul olmasına görə və yaxud bununla bağlı tərtib edilmiş protokollara görə tətbiq edilmiş cərimələrin ödənilməməsinə görə deyil, polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranması nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, istər məhkəmə araşdırılması zamanı, istərsə də, protokollara əlavə olunmuş materiallardan həmin inzibati xətanın törədilməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 454-cü maddəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, İXM-nin 454-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddələrlə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddələrlə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməli və Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola münasibət bildirilməsi üçün Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə zalından həbsdən azad edilsin. Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola münasibət bildirilməsi üçün Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5227/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5227/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver