Məhkəmə qərarları › İş №3(010)-5228/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5228/2022

16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5228/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin 29 yanvar 2018-ci il tarixli, 001674 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin 29 yanvar 2018-ci il tarixli, 001674 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə X3 Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati xəta haqqında işlər üzrə qərarlardan verilən şikayətlərin aidiyyəti barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş işlər üzrə həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarlarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin məzmunundan göründüyü kimi, qanunverici inzibati xəta haqqında işin baxılma yeri kimi əsas meyar olaraq xətanın törədildiyi yeri müəyyənləşdirmişdir.” Barəsində qərar çıxarılmış X1 şikayətindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, inzibati xəta Şəmkir rayonunun ərazisində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Buna görə də məhkəmə hesab edir ki, X2 inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin Qazax Ərazi Şöbəsinin 29 yanvar 2018-ci il tarixli, 001674 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət X2 qaytarılsın. X2 inzibati xəta haqqında iş üzrə qərardan inzibati xətanın törədildiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar