Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5229/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə rəisi X7, Zərərçəkmiş şəxs X10 qanuni nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, orta məktəbdə müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasən xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 saylı orta məktəbin müəllimi Şəxs 1-ci sinif şagirdi X14 məktəbdə olduğu zaman xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə rəisi X13 protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2016-cı il tarixindən Hövsan qəsəbəsində yerləşən M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində fəaliyyət göstərir. 19 sentyabr 2022-ci il tarixində X10 anası ona zəng edərək, övladının vurduğunu demiş, o da buna hər hansı əsasın və yaxud sübutunun olub-olmamasını demişdir. 28 sentyabr 2022-ci il tarixində polis tərəfindən ona zəng gəlmiş, ekspert rəyinin olduğunu ona bildirmişdirlər. Ekspert rəyi ilə tanış olmuş, lakin bu xəsarəti həmin uşağa qarşı törətməmişdir. Ona valideyn tərəfindən hücüm olunub, direktor onu, həmin valideyni və təhqiqatçını otağında qəbul edərək, barışıq təklif etmişdir. Həmin gün o, “mən uşağa xəsarət yetirməmişəm, üzr istəyirəm” demiş, lakin həmin valideynin onu başa düşmədiyini və əsəbiləşdiyinə görə “mən etmişəm, üzr istəyirəm” kimi ifadədən istifadə etmişdir. Məhəmməd Ələsgərov onun dərs dediyi 1-ci sinif şagirdidir. X4 nadinc uşaq olsa bel, sadəcə bütün birinci sinifin uşaqları kimi şıltaqlığı var, lakin una görə onu heç vaxt döyməmişdir. Eyni zamanda X3 yoldaşları da bildirmişdir ki, Nuray adlı sinif yoldaşının çantasına su tökmüş, buna görə də, Nuray onu çimdikləmişdir. X2 anası bildirmişdir ki, 19 sentyabr 2022-ci il tarixində uşağın başından kitabla vurmuşdur, halbuki kitablar həmin sinifə 21 sentyabr 2022-ci ildə paylanmışdır. Bundan başqa heç kimi döyməmiş və sinifində bu vaxta qədər heç bir dava-dalaşa yol verməmişdir. Həmin hərəkətə etməsə belə, dəfələrlə üzrə istəyib, barışmağa cəhd etmiş, hazırki məhkəmə iclasındada barışmağa hazır olduğunu bildirmişdir. Barəsində yazılanların hamısı şər və böhtan xarakterli olduğunu qeyd etmişdir. Tərtib edilmiş protokolun əsassız olduğunu bildirərək, inzibati məsuliyyətdən azad edilməsi barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 qanuni nümayəndəsi X15 izahatında bildirdi ki, uşaqları 280 saylı məktəbdə oxuyur. Onlar yeni məktəbə gedirdilər, belə ki, əvvəl 19 oktyabr 2022-ci il tarixdə Məhəmməd Minəbəyim müəllimənin onu kitabla vurması barədə evdə glib bildirmiş, bundan sonra M.Ələsgərova direktorun yanına getmiş, müəllimlə söhbət aparadan sonra onu bağışlamışdır. Bunda sonra növbəti dəyə uşağı çimizdirəndə, koftanın altında zolağ kimi bir qançırı görmüş, bunun hardan əmələ gəldiyini soruşanda Məhəmmməd onun Şəxs tərəfindən sol qol nahiyəsindən çimdikləməsini bildirmişdir. O, həmin müəlliməyə zəng etmiş, nəyə görə uşağı döydüyünü soruşmuşdur. Müəllim ona “get sübut elə, ekspert rəyi al” demişdir. Oğlu dəftərində başqa şəkil çəkdiyi üçün onu döymüşdür. Bundan sonra o, həmin məktəbin direktor müavinin yanına getmiş, ona bu barədə bildirmiş, o da “ortalıqda qalmışdız, mən götürdüm sizi məktəbə” deyə bildirmişdir. Heç bir tədbir görülmədiyindən DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonda, o, barəsində inzibati icraat aparılan şəxs Şəxs bağışlamayacağını, onun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında psixioloq X8 zərərçəkmiş şəxs X17 izahatında gah Minəbətim müəllimənin onu gah heçnə eləmədiyi halda, gah yazı yazmadığına görə çimdiklədiyini, gah xətkeşlə vurduğunu, gah hadisə barədə heç nə bilmədiyini bildirmiş, sədrlik edənin suallarına cavab olaraq o, gah Minəbəyim müəllim tərəfindən dünən döyüldüyünü, gah həmin hadisənin informatika dərsində baş verdiyini, hadisə baş verərkən gah əvvəl bacısının yanında oturduğunu, gah tək oturduğunu, informatika müəlliminin Minəbəyim müəllimə deyil, digər müəllimə, İradə adlı müəllimə olduğunu, İradə müəllimənin onu döydüyünü, bildirmişdir. Məhkəmə iclasında psixoloq X8 izahatında bütün sinifin uşaqlarının ayrı-ayrılıqda dinlədiyini, onların hamısı Minəbəyim müəllimin onları çox istədiklərini bildirərək, tərəddütsüz fikirlərin ifadə etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş azyaşlı X18 ifadəsində 280 nömrəli məktəbdə 1-ci sinifdə oxuduğunu, hal-hazırda Anaxanım müəllimə onun müəlliməsi olduğunu bildirmişdir. Minəbəyim müəllimənin pis olduğunu, müəllimə tərəfindən qardaşının istədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki. qardaşı yaxşı yaza bilmirdi, özü isə yaxşı yazı yazırdı. Qardaşını çimdikləyib və xətkeşlə vurduğunu özü görmüşdür. Nuray adlı sinif yoldaşının Məhəmmədi vurmadığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X27 izahatında 2017-ci il tarixdən 280 saylı tam orta məktəbdə müəllim vəzifəsində çalışır. Belə ki, Şəxs xx.xx.2016-cı il tarixdən 280 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. O, işlədiyi gündən şagirdlərə qarşı daima sevgi dolu diqqətçil və qayğıkeş bir müəllim kimi tanımışdır. Bu vaxta qədər onun haqqında heç bir şikayət və narazılığın şahidi olmamışdır. Onun uşaqlara qarşı qəddarlığını görməmişdir. Belə ki, 2020-ci ildə o, sinifindəki uşaqların birinin üzündə xəsarət olduğu üçün, onun valideyni barədə şikayət etmişdir. Buradan da aydın olur ki, həmin Minəbəyim müəllimin hər hansı bir şagirdə xəsarət yetirməsi mümkün deyildir. Təhqiqat zamanı dindirilmiş azyaşlı X17 bildirmişdir ki, 280 saylı tam orta məktəbdə təhsil alır, Minəbəyim müəlliməni tanıyır, hazırda Anaxanım onun müəlliməsidir. Bundan başqa Minəbəyim müəllimə onun qolundan vurub çimdikləmişdir. Hadisə zamanı orada bacısı və sinif yoldaşları olmuşdur. Təhqiqat zamanı dindirilmiş X19 bildirmişdir ki, 2017- ci il tarixdən 280 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müayini vəzifəsində çalışır. Belə ki, Şəxs xx.xx.2016-cı il tarixdən 280 saylı tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. O, işlədiyi gündən şagirdlərə qarşı daima sevgi dolu diqqətçil və qayğıkeş bir müəllim kimi tanımışdır. Bu vaxta qədər onun haqqında heç bir şikayət və narazılığın şahidi olmamışdır. Onun uşaqlara qarşı qəddarlığını görməmişdir. Təhqiqat zamanı dindirilmiş X1 və digərlərinin iştirakları ilə izahatı alınmış azyaşlı X29 bildirmişdir ki, 280 saylı tam orta məktəbin 1 К sinifdə oxuyur, Məhəmmədi tanıyır, onun sinif yoldaşıdır və Məhəmməd ondan qabaqda oturur. Bundan başqa müəllimlərinin adı Minəbəyimdir, həmin müəllimə onlara qayğı ilə yanaşır və onu çox istəyir. Həmçinin Minəbəyim müəllimə sinif yoldaşı Məhəmmədi döyməmişdir. İstintaq zamanı dindirilmiş X1 və digərlərinin iştirakları ilə izahatı alınmış azyaşlılar X24, X25, X30,X20 və X31 izahatlarında X23 qeyd etdiyi xüsusatları göstərərək özlərinə aid olan hissəni bir daha təsdiq etmişdirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 280 saylı tam orta məktəbin təhqiqata təqdim etdiyi xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi xx.xx.1994-cü il təvəllüdlü Şəxs xx.xx.2016-cı ildən müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərərək müəllimlik vəzifəsinə təyin edilmişdir. Həmin ildən bu günə kimi işinə məsuliyyətli yanaşmış, şagirdlərinin sevimli müəlliməsinə çevrilmişdir. Minəbəyim müəllimə ilə heç vaxt şagird müəllim və valideyin müəllim şikayəti aşkarlanmamışdır. Müntəzəm dərslərində iştirak edir. Müəllimin dərsə davamiyyətində heç bir problemləri olmayıb. xx.xx.2022-ci ildə keçirilən müəllimlərin sertifikasiyasında iştirak etmiş, qənaətbəxş nəticə əldə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 noyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş X11 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sistemilə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, hadisəni törətmiş Şəxs AR.İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə olunması və qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X43» Suraxanı rayon Şöbəsininin xx.xx.2022-ci il tarixli, 1154 saylı rəyində 2014-cü il təvəllüdlü azyaşlı X10 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən azyaşlı X6 bazunun qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 saylı orta məktəbin müəllimi Şəxs 1-ci sinif şagirdi X14 məktəbdə olduğu zaman xəsarət yetirdiyi qeyd edilsə belə, həmin fakt təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 19-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Belə ki, «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X43» Suraxanı rayon Şöbəsininin 01.10.022-ci il tarixli, 1154 saylı rəyində 2014-cü il təvəllüdlü azyaşlı X6 bazunun qançırı xəsarəti aşkar edilsə də, məhz həmin xəsarətin Şəxs törədilməsi sübuta yetirilməmişdir. Belə ki, ekspert rəyindən Məhəmməd Ələsgərovun üzərindən olan qançır xəsarətinin bərk küt əşyanın təsirindən törədilməsi qeyd edilsə belə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi M.Ələsgərova və zərərçəkmiş şəxs Məhəmməd Ələsgərov istər təhqiqat zamanı, istərsə də müəllimə tərəfindən onun çimdikləməsi bidirmişdir. Məhkəmə iclasında Məhəmməd Ələsgərov müəllimə tərəfindən onun gah xətkeşlə vurduğun, gah həm xətkeşlə vurduğunu, həmçinin də çimdikləməsini qeyd etsə belə, ekspert rəyinə əsasən Məhəmməd Ələsgərovun üzərində yalnız bir xəsarət müəyyən edilmiş, o da bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Bundan əlavə zərərçəkmiş şəxs X10 qanuni nümayəndəsi X15 izahatında Şəxs tərəfindən Məhəmmədin sol qol nahiyəsindən çimdikləməsini bildirsə belə, zərərçəkmiş şəxs X17 məhkəmə iclasında X1 iştirakı ilə verilmiş izahatında gah Minəbətim müəllimənin onu, gah heçnə eləmədiyi halda, gah yazı yazmadığına görə çimdiklədiyini, gah xətkeşlə vurduğunu, gah hadisə barədə heç nə bilmədiyini bildirmiş, sədrlik edənin suallarına cavab olaraq o, gah Minəbəyim müəllim tərəfindən dünən döyüldüyünü, gah həmin hadisənin informatika dərsində baş verdiyini, hadisə baş verərkən, gah əvvəl bacısının yanında oturduğunu, gah tək oturduğunu, informatika müəlliminin Minəbəyim müəllimə deyil, digər müəllimə, İradə adlı müəllimə olduğunu, İradə müəllimənin onu döydüyünü bildirərək, həm təhqiqat zamanı verdiyi ifadəsi ilə ziddiyyətli ifadə vermiş, həmçinin həmin ifadəsində bir sıra yuxarıda qeyd olunmuş ziddiyyətlərə yol vermişdir. Bundan əlavə həmin hadisənin məktəbdə dərs zamanı baş verilməsi iddia edilsə belə, təhqiqat zamanı dindirilmiş X1 və digərlərinin iştirakları ilə izahatı alınmış 1 K sinifinin şagirdləri azyaşlılar X29, X24, X25, X30, X20 və X31 bildirmişdir ki, 280 saylı tam orta məktəbin 1 К sinifdə oxumalarını, Məhəmmədin onun sinif yoldaşları olduğunu, Minəbəyim müəllimənin onlara qayğı ilə yanaşdığını və onları çox istədiyini bildirmişlər. Həmçinin Minəbəyim müəllimənin sinif yoldaşı Məhəmmədi döymədiyini bildirmişlər. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi müəyyən edildiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından, xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 saylı orta məktəbin müəllimi Şəxs 1ci sinif şagirdi X14 məktəbdə olduğu zaman xəsarət yetirməsi faktı təsdiqini tapmadığından Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5229/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5229/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver