Məhkəmə qərarları › İş №3(010)-523/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-523/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-523/2022 01.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 253- 1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. Həmin Məcəllənin 100.1.7 və 100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları», «inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar» göstərilməlidir. Eyni Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokolda Şəxs MMC-nin rəhbəri kimi özünü təqdim edən "X1” adlı şəxsin izahat verməkdən, habelə inzibati xəta haqqında protokolun surətini qəbul etməkdən imtina etdiyi göstərilir. Həmin «imtina etdi» qeydləri protokolu tərtib etmiş vəzifəli şəxs tərəfindən aparılmış, lakin bu qeydlərin həqiqətə uyğunluğu heç bir mötəbər sübutla təsdiqlənmir (məsələn, akt və yaxud hal şahidlərinin cəlb edilərək protokolun müvafiq bölmələrini imzalamaları və s.). Qeyd edilməlidir ki, ümumiyyətlə “X1” adlı şəxsin Şəxs MMC ilə hansı əlaqədə olması iş materialları ilə müəyyən edilmir. Həmçinin tikintinin də Şəxs MMC tərəfindən aparıldığını təsdiq edə biləcək sübut da iş materiallarına əlavə edilməmişdir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi ilə bağlı müraciət olunduğu da (məsələn, məktub göndərildiyi və s.) iş materialları ilə müəyyən edilmir. Beləliklə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Şəxs MMC-nin hüquqlarının təmin olunması üçün zəruri tədbirlər görüldüyü (nümayəndənin dəvət edildiyi), ona hüquqlarının və vəzifələrinin izah edildiyi və s. zəruri prosessual hərəkətlərin həyata keçirildiyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla müəyyən olunmur. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXMnin 61-ci maddəsində nəzərdə tutulan və s. hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar