Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5238/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 03 oktyabr 2022ci il tarixli protokola əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:30-da idarə etdiyi “CHERY A15” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin baş təhqiqatçısı Sail Hacıyev tərəfindən 23 sentyabr 2022-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08.30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində X3 idarə etdiyi “ Vaz 2106 ” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə saatda 30-40 km sürətlə Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun əks hissəsində qarşı-qarşıya saatda 30-40 km sürətlə hərəkət edən Şəxs idarə etdiyi “ Chery A-15 markalı ” **-XF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gedəcək ünvanı tanımadığından fikiri naviqatora yayındığı üçün gözləmdən əks yola daxil olaraq sola dönmə əməliyyatı apararkən idarə etdiyi avtomobilin sağ tərəfi həmin yolda düzünə hərəkət edən “ Vaz 2106” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin ön tərəfinə çırpılmışdır. Şəxs əməlində cinayət tərkini olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi tərəfindən keçirilmiş 21 sentyabr 2022-ci il tarixli 1122 saylı ekspert rəyində göstərilmişdir ki, X2 müayinə olunan zaman aşkar edilmiş xəsarətlər,oynaqda hərəkət mədudluğu ilə müşayiət olunan sağ bazu və çiyinüstü nahiyəsinin şişkinlik halında əzilməsi sol bazunun qançırı bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən müddətdə, xx.xx.2022ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “ Yüngül ” zərəvurmaya aid edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixdə saat 08.30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində X3 idarə etdiyi “ Vaz 2106 ” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə saatda 30-40 km sürətlə Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun əks hissəsində qarşı-qarşıya saatda 30-40 km sürətlə hərəkət edən Şəxs idarə etdiyi “ Chery A-15 markalı ”**-XF-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gedəcək ünvanı tanımadığından fikri naviqatora yayındığı üçün gözləmdən əks yola daxil olaraq sola dönmə əməliyyatı apararkən idarə etdiyi avtomobilin sağ tərəfi həmin yolda düzünə hərəkət edən “Vaz 2106” markalı 10- GR-810 dövlət qeydiyyat nişanlı minik avtomobilin ön tərəfinə çırpılmış, X2 müayinə olunan zaman oynaqda hərəkət mədudluğu ilə müşayiət olunan sağ bazu və çiyinüstü nahiyəsinin şişkinlik halında əzilməsi sol bazunun qançırı xəsarətləri aşkar edilmişdir. Bununla da nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5238/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5238/2022
14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver