Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5239/2022 29.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə xx.xx.1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri, Saatlı rayonu, Qaraçılar kəndində qeydiyyatda olan və Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 34 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, X7 yolunda X1 etibranamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəxs etibarnamə ilə idarə etdiyi “ Toyota Prius “ markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin toqquşmuş və nəticədə baş vermiş yol nəqliyyat hadisə zamanı hər iki avtomobilin sürücüsü aldığı xəsarətlərlə bağlı hadisə yerinə gələn təcili yardım həkimlərinin köməyi ilə 3 saylı ŞKX-na müraciət etmişlər. Toplanılmış ilkin materiallar əsasında Suraxanı RPİ-nin TŞ-də araşdırma aparılmışdır və xx.xx.2022-ci il tarixli Qərar ilə toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X2 xx.xx.2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından müəyyən olunur ki, Şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2022-ci il tarixli, 1195 saylı rəyindən görünür ki, vət. Şəxs bədəni üzərində xəsarət və ya xəsarət izləri aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2022-ci il tarixli, 1193 saylı rəyindən görünür ki, vət. X1 bədən səthində aşkar edilmiş xəsarətlər – alt dodağın ön səthinin əzilmiş yarası, başın alın nahiyəsinin və sağ budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, və qərarda göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla tam sübuta yetmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-5239/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5239/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver