Məhkəmə qərarları › İş №3(010)-5265/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5265/2022

19.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5265/2022 19.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü PB-nin sahə inspektoru, polis mayoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ev 16, mənzil 19 faktiki yaşayan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən Şəxs özünü şübhəli apardığı ilə əlaqədar PB-yə gətirilmiş və onun narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman Şəxs THC (+) AMP (+) narkotik vasitə aşkar edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. O, xx.xx.2022-ci il tarixdə dostluq etdiyi Abbas adlı şəxslə Yeni Günəşli qəsəbəsindəki kafeyə getmişlər və kafedən çıxan zaman polislər onlara yaxınlaşaraq şübhəli şəxs kimi 33-cü PB-nə dəvət etmişlər. O və dostu Abbas həmin vaxt etiraf etmişlər ki, onlar narkotik istifadəçiləridir. Sonradan onları həkim müayinə etmiş və onların narkotik istifadə etməsi təsdiq olunmuşdur. O, narkotikdən arıqlamaq niyyəti ilə yalnız bir-iki dəfə istifadə etmişdir. Himayəsində üç yaşında bir uşağı var. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü PB-nin sahə inspektoru, polis mayoru X6 bildirdi ki, xx.xx.2022-ci il tarixdə DİN-nin ƏÇPA-nin 7-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən Şəxs və X7 özlərini şübhəli apardığı ilə əlaqədar PB-nə gətirilmiş və həmin şəxslərin narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman Şəxs THC (+) AMP (+) və X4 THC (+) AMP (+) narkotik vasitə aşkar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü PBnin sahə inspektoru, polis mayoru X3 dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü PBnin təhqiqatçısı, polis kapitanı Əhmədov Elməddin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə DİN-nin ƏÇPA-nin 7-ci Patrul bölüyünün polis nəfərləri tərəfindən Şəxs və X7 barəsində tərtib edilmiş raport HK-1/1208 sayda qeydiyyata alınaraq icraatıma qəbul edilmiş və tərəfindən araşdırılması davam etdirilmişdir. Məlum olmuşdur ki, Şəxs və X7 özlərini şübhəli apardığı ilə əlaqədar PB-nə gətirilmiş və həmin şəxslərin narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji dispanserindən yoxlanışdan keçirilən zaman Şəxs THC (+) AMP (+) və X4 THC (+) AMP (+) narkotik vasitə aşkar edilmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci mədəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs və X5 əməlində AR.İXM-nin 206-cı maddəsinin tərkibi yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxin Amblator X1 haqqında xx.xx.2022-ci il tarixli 6928 saylı rəyindən müəyyən olunur ki, Şəxs Kannabinoidlərin və Psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, himayəsində üç yaşında bir uşağının olmasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə olaraq inzibati xəta törətməsini məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 04.15-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə və Şəxs yaşayış yeri üzrə probasiya qurumuna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar