Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5267/2022 19.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Suraxanı rayon Polis İdarəsinin 31 PB-nin sahə inspektoru, polis baş leytenantı X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əmədliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində şübhəli şəxs kimi saxlanılmış və onun narkotik vasitə aludəçisi olması aşkar olunmuşdur. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31 PB-nin sahə inspektoru, polis baş leytenantı X9 tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməllərdən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Həmin gün o, çörək almaq üçün yaxınlıqdakı mağazaya gedərkən polis əməkdaşları ona yaxınlaşmışdır. O, əvvəllər narkotik qəbul etmişdir. Hal-hazırda onun cinayət işi gedir. Babası ilə birlikdə yaşayır. Suraxanı rayon Polis İdarəsinin 31 PB-nin sahə inspektoru, polis baş leytenantı X9 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əmədliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsində X4 şübhəli şəxs kimi saxlanılmış və onun narkotik vasitə aludəçisi olması aşkar olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və Suraxanı rayon Polis İdarəsinin 31 PB-nin sahə inspektoru, polis baş leytenantı X8 dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X1 inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir. Belə ki, iş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin NMB-nin CA üzrə polis baş leytenantı S.Səfərovun raportundan görünür ki, Suraxanı rayonunda baş vermiş xırda və digər oğurluqlarla bağlı xx.xx.2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin narkotik vasitənin istifadəsində özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsə şəxsiyyətini təsdiq edən sənədini soruşduqda o, bildirdi ki, ona məxsus heç bir şəxsiyyəti təsdiq edən sənəd yoxdur. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün Suraxanı rayonu 31-ci PB-yə dəvət etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxin Amblator X5 haqqında xx.xx.2022-ci il tarixli 6976 saylı rəyindən müəyyən olunur ki, X2 Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X1 şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə olaraq inzibati xəta törətməsini məhkəmə X1 məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə saat 15.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. X4 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə və X1 yaşayış yeri üzrə probasiya qurumuna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №3(010)-5267/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5267/2022
19.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver