Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5268/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(010)-550/2022 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 1 ədəd, 5 qram, 583 əyarlı, qalın qaşlı qadın üzüyü - dəyəri 390 manat; 1 ədəd, 13 qram, 583 əyarlı, ağlı komplekt - dəyəri 1000 manat; 1 ədəd, 2 qram, 583 əyarlı klon - dəyəri 180 manat; 1 ədəd, 4 qram, 583 əyarlı, üzərində Aliyə yazılan sep - dəyəri 320 manat, 1 ədəd, 20.1 qram, 583 əyarlı, qolbaq - dəyəri 1580 manat, 1 ədəd, 4 qram, 583 əyarlı, orta qalın, qaşlı qadın üzüyü dəyəri 400 manat, 1 ədəd, 5 qram, 583 əyarlı, yanı setkalı qırmızı qaşlı üzük - dəyəri 395 manat, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 4265 (dörd min iki yüz altmış beş) manat məbləğində pul alınaraq iddiaçı X2 verilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, o, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, qətnamədə qeyd olunmuş qızıl-zinət əşyaları bankda idi. O, həmin qızılları bankdan çıxaraq evə qoymuşdur. Hazırda onda heç bir qızıl-zinət əşyaları yoxdur. Onun maddi imkanı ilə əlaqədar qızıl-zinət əşyalarının dəyərini ödəyə bilmir. Mülkiyyətində torpaq sahəsi var. O, həmin torpaq sahəsini satıb qızıl-zinət əşyalarının dəyərini ödəyəcək. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X3 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Hal-hazıradək borclu nə qızıl-zinət əşyalarını, nə də onların dəyəri olan cəmi 4265 (dörd min iki yüz altmış beş) manat məbləğində puldan heç bir ödəniş etməmişdir. Beləliklə borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməməklə bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(010)-550/2022 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs 1 ədəd, 5 qram, 583 əyarlı, qalın qaşlı qadın üzüyü - dəyəri 390 manat; 1 ədəd, 13 qram, 583 əyarlı, ağlı komplekt - dəyəri 1000 manat; 1 ədəd, 2 qram, 583 əyarlı klon dəyəri 180 manat; 1 ədəd, 4 qram, 583 əyarlı, üzərində Aliyə yazılan sep - dəyəri 320 manat, 1 ədəd, 20.1 qram, 583 əyarlı, qolbaq - dəyəri 1580 manat, 1 ədəd, 4 qram, 583 əyarlı, orta qalın, qaşlı qadın üzüyü - dəyəri 400 manat, 1 ədəd, 5 qram, 583 əyarlı, yanı setkalı qırmızı qaşlı üzük - dəyəri 395 manat, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan cəmi 4265 (dörd min iki yüz altmış beş) manat məbləğində pul alınaraq iddiaçı X2 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 02 iyun 2022-ci il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(010)-550/2022 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-5268/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5268/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver