Məhkəmə qərarları › İş №3(010)-5296/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5296/2022

01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5296/2022 01.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda X5 oрlu idarə etdiyi "Kia Rio" markalı **-KC- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə şəhər istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olarkən, arxadan eyni istiqamətdə hərəkətdə olan Şəxs oрlu idarə etdiyi “Vaz 2106” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə əsas yola bitişik yol bitişdikdən sonra avtomobili ilə gəldiyi 70-80 sürətlə torpaq yola daxil olmuş və həmin vaxt idarə etməni itirdiyindən, sol tərəfdə eyni istiqamətdə hərəkətdə olan “Kia Rio” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yoluna çıxdıрı üçün toqquşma baş vermiş və hər iki avtomobil əks yolda yol kənarında quraşdırılmış dəmir işıq dirəyinə çıpılmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində olan X4 və X1 aldıрı xəsarətlərlə baрlı tibb müəssisəsinə müraciət etmişlər. Şəxs oрlu oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM- nin 327.8-ci maddəsi ilə təqsirli bilərək, izahatında göstərmişdir ki, bir ilə yaxın olar ki, “VAZ 2106“ markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük vəsiqəsinin “B” kateqoriya üzrə etibarnamə üzrə idarə edir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 22.30 radələrində idarə etdiyi sözügedən avtomobili ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyəti dayanmış ticarət mərkəzinin qarşısından üzü şəhər istiqamətində saatda 70-80 km sürətlə hərəkət edərkən, ticarət mərkəzinin sonu bitdiyi yerdə yol darlaşdıрından yolu tanımadıрıdan avtomobili torpaq yola düşdü və idarə etməni itirdiyi üçün avtomobilinin sola arxa tərəfi asfalt yolda sol tərəfində hərəkətdə olan “Kia Rio” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin saр qabaq yan tərəfinə çırpıldı. Hər iki avtomobil əks yolda yol kənarında dəmir işıq dirəyinə çırpılıb. Hadisə vaxtı xəsarət almasa da, qarşı avtomobildə olanlar xəsarət aldıqları üçün təcili yardım həkimlərinin köməyi ilə 3 saylı ŞKX-na aparıldı. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Məhkəmə tərəfindən iş materialları tədqiq olunarkən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, Hövsan-Türkan yolunda X5 oрlunun idarə etdiyi “Kia Rio” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəxs oрlunun idarə etdiyi “Vaz 2106” **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı **- KC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində olan X4 və Musazadə Gьlnaz Allahqulu qızı aldıрı xəsarətlərlə baрlı tibb müəssisəsinə müraciət etmişlər. Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X2 xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs oрlunun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında ******* saylı protokol tərtib edilmiş, material baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.3-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda gцstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə əsasən başlanmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar