Məhkəmə qərarları › İş №3(010)-5319/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5319/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5319/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs3 nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxx 1953-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 oktyabr 2024-cü il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi “Vaz 21074” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında saatda təxminən 30 km/saat sürətlə hərəkət etdiyi zaman idarə etdiyi avtomobil ilə sağ hərəkət hissəsində hərəkət etmiş “Mercedes Benz” markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Mercedes Benz” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 və “Vaz 21074” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 noyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxslərin yüngül dərəcəli bədən xəsarəti almaları faktına görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X4 göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahat verərək bildirmişdir ki, 20 oktyabr 2024-cü il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi “Vaz 21074” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Hövsan qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında saatda təxminən 30 km/saat sürətlə hərəkət etdiyi zaman idarə etdiyi avtomobil sağ hərəkət hissəsində hərəkət etmiş “Mercedes Benz” markalı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində o xəsarət almamışdır, lakin avtomobildə sərnişin qismində olmuş qonşusu Zərərçəkmiş şəxs2 xəsarət almışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və araşdırma başlanmışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Həmçinin hadisə yerində qarşı avtomobildə olan bir nəfər srənişinin xəsarət almasını öyrənmişdir. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə olunduğunu və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 nümayəndəsi Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, 20 oktyabr 2024-cü il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi “Mercedes Benz C” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Hovsan qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında saatda təxminən 40 km/saat sürətlə hərəkət etdiyi zaman anidən yolu sağ hərəkət hissəsini gözləməyib və hərəkət etmiş “Vaz 21074” markalı avtomobil idarə etdiyi hərəkət zolağına çıxaraq avtomobili ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində o xəsarət almamışdır, lakin avtomobildə sərnişin qismində olmuş arvadı Lumu xəsarət almışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və araşdırma başlanmışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, hava aydın, yol isə asfalt örtüklü və quru olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Ona dəymiş ziyan siğorta şirkəti tərəfindən ödəniləcəkdir. Şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 izahatından görünür ki, qonşusu Bayraməli adlı şəxsə məxsus “Vaz 21074” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində qabac oturacaqda əyləşmişdir. Bildirir ki, 20 oktyabr 2024-cü il tarixdə saat təxminən 10 radələrində qonşusu idarə etdiyi avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında “Mercedes Benz C” markalı avtomobil ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. O, xəsarət aldığı üçün X2 müraciət etmişdir. Orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Hadisə ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 izahatında göstərmişdir ki, O, əri Familə məxsus “Mersedes Benz C 200” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində qabaq oturacaqda əyləşmişdir. Bildirir ki, 20 oktyabr 2024-cü il tarixdə saat təxminən 10 radələrində ərimin idarə etdiyi avtomobil ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində nizamlanmayan dörd yol ayrıcında “Vaz 21074” markalı avtomobil ilə toqquşmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. O, xəsarət aldığı üçün X2 müraciət etmişdir. Orada müayinə olunduqdan sonra evə buraxılmışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər və Suraxanı rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nümayəndənin və zərərçəkmiş şəxslərin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 24 oktyabr 2024-cü il tarixli 878 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində müəyyən olunmuş xəsarətlər sağ budun qançırı, sağ gicgah nahiyəsinin hematomasıdır. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 21 oktyabr 2024-cü il tarixli 872 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində müəyyən olunmuş xəsarətlər baş-beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyısinin şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Hövsan qəsəbəsi ərazisində baş vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 1/9660 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hadisə zamanı ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, № 1/9662 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı ayıq olmuş, onda alkoqol qəbulu əlamətləri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Şəxs, zərərçəkmiş şəxslərin izahatları, hər iki məhkəmə tibbi ekspertizaların rəyləri, yol-nəqliyyat hadisəsi sxemi, iş materialına əlavə edilmiş digər sənədlər ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməldən səmimi peşimançılığını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 111, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1953-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar